Universitet xəbərləri

Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Fəxri Doctor adı ilə təltif olundu

5 May 23:34

1 may 2017-ci il tarixində Beynəlxalq Gimnastika Federasiyasının (BGF) prezidenti Morinari Vatanabe Azərbaycana səfəri çərçivəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) qonağı olmuşdur. Onun dünya idmanı və idman təhsilinin inkişafına verdiyi böyük töhfələri, eyni zamanda uşaq idmanına göstərdiyi əhəmiyyətli dəstəyi nəzərə alaraq, Akademiyanın Elmi Şurasının qərarı ilə Morinari Vatanabe ADBTİA-nın “Fəxri Doktoru” elmi dərəcəsi ilə təltif olunmuşdur. BGF prezidenti ona göstərilən etimad və verilən dəyərə görə öz dərin təşəkkürünü bildirdi.

Tədbir çərçivəsində qonaqlar - Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov, Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe və Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında aparılan yenidənqurma və təmir işləri, elmi-tədris bazasının gecləndirilməsi haqqında ətraflı məlumat almış, yenicə istifadəyə verilən gimnastika zalları ilə yaxından tanış olmuşdurlar.

Tədbir iştirakçılarına həmçinin Akademiyada yeni açılmış və tədrisi ingilis dilində aparılacaq “İdman jurnalistikası” və “İdman tibbi və reabilitasiya” ixtisaslarınn tələbələri üçün tikilən media studiyası və elmi-tədris laboratoriyası göstərildi.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev qonaqları və media nümayəndələrini salamlayaraq, Akademiyada aparılan mühüm islahatlardan məlumat verdi: “Bildiyiniz kimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiya öz “ikinci baharını” yaşayır, burada geniş yenidənqurma və təmir işləri aparılır, yeni bakalavr və magistr ixtisasları açılır, tədrisin keyfiyyətinin qaldırılması üçün bir sıra addımlar atılır. Təbii ki, bunların heç biri Gənclər və İdman Nazirliyi və Azərbaycan Gimnastika Federasiyasının böyük dəstəyi olmadan, mümkün ola bilməzdi. Ona görə də, fürsətdən istifadə edərək, həm öz adımdan, həm Akademiyanın tələbə və müəllim heyəti adından Sizlərə öz minnətdarlığımı bildirirəm”.

Tədbrin sonunda dövlət rəsmiləri və qonaqlar Akademiyanın tələbələrinin nümunəvi çıxışlarını izlədilər və idmançılar ilə qrup şəkli çəkdirdilər.

www.sport.edu.az

FB: @AzerbaijanSportAcademy

Digər xəbərlər

Gənclər Gününə həsr olunmuş birgə aksiya

12 Avgust 18:45

Azərbaycan Respublikası və Rusiya Federasiyasının İdman akademiyaları  Gənclər Gününə həsr olunmuş birgə aksiya keçirmişlər

 

Universitetin menyu