Universitet xəbərləri

ADİU növbəti “Tələbə rektoru”nu seçir

16 May 2014 11:33

Mayın 15-də Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Elmi Cəmiyyəti (TEC) İdarə Heyətinin iclası keçirilib. İclasda növbəti “Tələbə rektor” seçilməsi müzakirə olunub.

Bu günkü iclasda dörd tələbə rektorluğa namizəd seçilib. Beş gün ərzində həmin namizədlər öz platformalarını hazırlayaraq, seçicilərə təqdim edəcəklər. Sonra gizli səsvermə yolu ilə “Tələbə-rektor” seçiləcək.

Layihənin məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn vəzifələrin icrası – şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, universitetdə tələbə özünüidarəetmə sisteminin təşkili, tələbələrdə idarəetmə bacarıqlarının inkişafı, yeni demokratik kommunikasiya vasitəsinin yaradılmasıdır.

Qeyd edək ki, “Tələbə rektor” layihəsi ADİU-da aprel ayından etibarən həyata keçirilir. Səsvermə yolu ilə seçilmiş tələbə bir iş günü ərzində rektorla birgə onun vəzifəsini icra edir.


Mənbə: aseu.edu.az  

Digər xəbərlər

ADİU-nun qalib olduğu TEMPUS layihəsi çərçivəsində ilk təlimlər keçirilmişdir

30 Yanvar 2014 10:14

ADİU-nun koordinator qismində qalib gəldiyi “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” mövzusunda Tempus layihəsinin tədbirlər planına əsasən 2013-cü ilin 28-29 yanvar tarixlərində universitetimizdə ilk təlim proqramı həyata keçirilmişdir. “Universitetin beynəlxalq əlaqələr şöbəsinin mövcud fəaliyyətinin təhlili” mövzusunda təşkil olunan təlimlərdə Tempus layihəsinin tərəfdaş universitetlərinin əməkdaşları iştirak etmişlər.

ADİU-nun müəllimi Mevlanə proqramı çərçivəsində Akdeniz Universitetində təcrübə keçmişdir

12 Dekabr 2013 09:47

Cari ilin 11-20 noyabr tarixlərində ADİU-nun "Beynəlxalq iqtisadi münasibətlər" kafedrasının müəllimi Hamiz Mahmudov türkdilli ölkələrin universitetləri arasında tələbə və professor-müəllim mübadiləsinin həyata keçirilməsini nəzərdə tutan “Mevlanə Mübadilə Proqramı” çərçivəsində Türkiyənin Akdeniz Universitetində olmuşdur.

Almaniya ilə tələbə mübadiləsi proqramı

20 Noyabr 2013 15:34

ADİU və Almaniyanın Siegen Universiteti arasında əməkdaşlıq müqaviləsi çərçivəsində Tələbə Mübadilə Proqramı həyata keçirilir. Proqramın şərtlərinə əsasən tədris ilinin hər semestrində tələbə və magistrlər mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

"İqtisadçı" voleybol komandası parlaq qələbə qazandı!

22 Oktyabr 2013 09:36

Oktyabrın 22-də universitetimizin qadınlardan ibarət “İqtisadçı” voleybol klubu Avropa Çempionlar Liqası yarışında ilk oyununa çıxmışdır. Rəqib Serbiya çempionu “Servena Zvezda” klubu olmuşdur.

Mevlanə proqramı çərçivəsində ilk qonaq professorlar ADİU-da iki həftə mühazirə oxumuşlar

1 Oktyabr 2013 10:30

Proqram türkdilli ölkələrin ali təhsil müəssisələri arasında tələbə və professor-müəllim mübadiləsinin həyata keçirilməsini nəzərdə tutur.

ADİU ilə Çinin bir neçə aparıcı universiteti arasında əməkdaşlığın əsası qoyulmuşdur

25 Avgust 2013 23:03

Danılmaz həqiqətdir ki, hazırda Çin Xalq Respublikası dünyanın yüksək sürətlə inkişaf edən iqtisadiyyatına malikdir və dünyanın siyasi və iqtisadi xəritəsində bu ölkənin mövqeyi davamlı şəkildə güclənir. Şübhəsiz ki, “Çin möcüzəsi”nin ən mühüm və real nəticələrindən biri də bu ölkənin ali təhsil sisteminin əhəmiyyətli dərəcədə inkişaf etməsidir. Bu baxımdan, ADİU rəhbərliyi Çinin qabaqcıl universitetləri ilə əməkdaşlıq münasibətlərinin yaradılmasına xüsusi diqqət yetirir.

ADİU-nun əməkdaşı Oksfordda təlim proqramında iştirak etmişdir

3 İyun 2013 04:15

Cari ilin 20-26 may tarixlərində Böyük Britaniyanın Oksford şəhərində “Ali Təhsildə Liderlik 2013: Rəhbərlər üçün İdarəetmə Proqramı” (Leadership in Higher Education 2013: Senior Executive Programme) mövzusunda seminar keçirilmişdir.Təhsil və İnkişaf üzrə Oksford Akademiyası (Oxford Academy for Education and Development – OAED) tərəfindən təşkil olunan seminarda ADİU-nun Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor əvəzi dos. Şahin Bayramov iştirak etmişdir.

ADİU-nun BİM fakultəsinin təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilmişdir

14 May 2013 11:06

ADİU-nun rektoru, professor Şəmsəddin Hacıyev açılış nitqində konfransın iki qardaş ölkə arasındakı hərtərəfli münasibətlərin inkişafına töhfə olacağını bildirmiş O, Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Alper Coşkunu, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirinin müavini cənab Niyazi Səfərovu, Şimali Kipr Türk Cümhuriyyətinin Bakı Təmsilçisi cənab Sadettin Topukçunu, Türkiyə Cümhuriyyəti İqtisadiyyat Nazirinin müşaviri cənab Gazi Bilgini və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri cənab Samir Vəliyevi konfrans iştirakçılarına təqdim etmişdir. Professor Ş.Hacıyev Azərbaycanla Türkiyə arasındakı dostluq münasibətlərinin Ümummilli Lider Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk tərəfindən irəli sürülmüş prinsiplərə əsaslandığını qeyd etmişdir.

ADİU-da xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilidi

18 Aprel 2013 02:19

17 aprel 2013-cü il tarixində ADİU-nun Böyük Akt zalında Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı, hüquq elmləri doktoru Çingiz Abdullayev ilə görüş keçirilidi.

ADİU-da Elmi-Praktiki konfrans keçirildi

17 Aprel 2013 12:34

16 aprel 2013-cü il tarixində ADİU-da Professor-müəllim heyətinin 2012-ci il elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş Elmi-Praktiki KONFRANS keçirildi.
Konfransı giriş sözü ilə universitetin rektoru professor Şəmsəddin Hacıyev açaraq son illər universitetdə keçirilən islahatlar haqqında geniş məlumat verdi. O, qeyd etdi ki, təhsilin keyfiyyətində əldə olunmuş nailiyyətlərlə yanaşı universitetimizdə elm sahəsində də müsbət dəyişikliklər baş vermişdir. Belə ki, son dövrlərdə elmi-tədqiqat işlərinin aktuallığına, yeniliyinə, praktiki əhəmiyyətinə xüsusi önəm verilib və onların nəticələri tədris prosesində geniş tətbiq olunur. Xüsusilə qeyd etmək lazımdır ki, müəllimlərin elmi həvəslərini stimullaşdırmaq məqsədilə müxtəlif mükafat formaları tətbiq olunmuşdur.