Təhsil Nazirliyi Bakı Dövlət Universitetində "SABAH" qruplarının təqdimat mərasimini keçirib

Bu gün Bakı Dövlət UniversitetindəTəhsil Nazirliyinin Azərbaycan dövlət ali təhsil müəssisələrində yaradılacaq "SABAH" qruplarının təqdimat mərasimi keçirilib. Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyevanın çıxışından sonra Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov təqdimat edib. O, təhsilin keyfiyyətini daha da artırmaq, dəyişən, çevik iqtisadiyyata uyğun kadrların hazırlanması, tələbələr arasında sağlam rəqabətin yaradılması məqsədilə belə qrupların yaradılmasının zəruriliyini qeyd edib. S.Gözəlov elmi-pedaqoji potensialı, tədris-laboratoriya və maddi-texniki bazası yüksək olan ali məktəblərdə “SABAH” qruplarına seçilmiş tələbələrin ikinci kursdan təhsillərini davam etdirəcəklərini söyləyib. Bildirib ki, bu qruplar 34 ali təhsil müəssisəsindən 8-nin bazasında yaradılacaq və 52 ixtisas olmaqla 5 ixtisas qrupunu, ümumilikdə, 20 minə yaxın tələbəni əhatə edəcək. 52 ixtisası əhatə edəcək qruplardan 20-nin Bakı Dövlət Universitetində cəmləşməsi nəzərdə tutulub. Bölgələrdə yaşayan və sosial təminatı az olan tələbələr üçün güzəştlər olacaq, onlar yataqxana ilə təmin olunacaqlar.
Birinci semestrdə 61 baldan yuxarı göstəricisi olan tələbələrin iştirak edəcəyi qəbul prosesi 3 mərhələdən ibarət olacaq: əvvəlcə tələbə qeydiyyatdan keçəcək, ikinci mərhələdə 25 məntiq və 25 xarici dil olmaqla 50 sualı cavablandıracaq, 3-cü mərhələdə isə şifahi müsahibədə iştirak etməli olacaq. Dərslər yerli müəllimlər tərəfindən aparılacaq, o cümlədən xarici universitetlərin mütəxəssisləri də mühazirələr oxuyacaqlar. Sülhəddin Gözəlov artıq müvafiq universitetlərdə “SABAH” mərkəzlərinin yaradıldığını qeyd edib.
Məlum olub ki, “Təbiət” və “Humanitar və sosial” ixtisaslar üzrə SABAH qruplarının formalaşdırılması ilə əlaqədar bu qruplarda tədrisin təşkili və SABAH qrupları ilə əlaqələndirmənin həyata keçirilməsini yerinə yetirmək məqsədilə Bakı Dövlət Universitetinin əməkdaşları: Fizika fakültəsi, “Optika və molekulyar” fizika kafedrasının professoru Rəna Qasımova, Jurnalistika fakültəsi, “Televiziya və radio jurnalistikası” kafedrasının müdiri Aynur Kərimova, Mexanika-riyaziyyat fakültəsi, “Hesablama riyaziyyatı” kafedrasının baş müəllimi Elvin Əzizbəyov fəaliyyət göstərəcəklər.
İmtahanların 5-15 iyul tarixlərində keçirilməsinin planlaşdırıldığını deyən S.Gözəlov Təhsil Nazirliyinin saytının tərkibində “SABAH” qruplarının fəaliyyəti ilə bağlı səhifənin istifadəyə verildiyini də diqqətə çatdırıb. Sonda tədbirdə iştirak edən müəllim və tələbələrin sualları cavablandırılıb.
Mənbə: bsu.edu.az
Digər xəbərlər
BDU-da ECONANO qrant layihəsinin təqdimat mərasimi keçirilib

Son illər elm və təhsil sahəsində bir sıra beynəlxalq və yerli qrant layihələrini yerinə yetirən Bakı Dövlət Universiteti bu ilin başlanğıcında da yeni beynəlxalq layihələrin qalibi olub. Bu gün Bakı Dövlət Universitetində Avropa Birliyinin Tempus layihəsi çərşivəsində BDU alimlərinin İtaliya, Fransa, Yunanıstan alimləri ilə birlikdə qalib olduqları ECONANO qrant layihəsinin təqdimat mərasimi keçirilib.
Bakı Dövlət Universitetində innovasiyon elmi istiqamətlər üzrə xüsusi mərkəzin (texnoparkın) yaranması nəzərdə tutulur

Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, akademik Abel Məhərrəmov universitetin bir qrup professor-müəllim heyətilə Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı ərazisində “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodunda olub. Elmlə istehsalat arasında körpü yaratmaq, əlaqələri inkişaf etdirmək məqsədilə edilən səfər Sumqayıt Texnologiyalar Parkının (STP) fəaliyyəti ilə tanışlıqdan başlayıb.
BDU-da professor İlham Rəhimovun kitabının təqdimat mərasimi keçirilib

Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının Əməkdar Hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun “Cinayətin və cəzanın fəlsəfəsi” kitabının təqdimat mərasimi keçirilib.
BDU-da Firudin bəy Köçərlinin 150 illik yubileyi qeyd edilib

Bu gün Bakı Dövlət Universitetində görkəmli maarifçi, pedaqoq, ədəbiyyatşünas və publisist Firudin bəy Köçərlinin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib.
BDU Zagreb universiteti ilə Memorandum imzalayıb

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov Xorvatiyanın Zagreb universitetinin rektoru Aleksa Byeliş ilə görüşüb.
“İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi – AİCT 2013” VII Beynəlxalq Konfrans öz işinə başlayıb

Bu gün Bakı Dövlət Universitetində (BDU) “İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi – AİCT 2013” VII Beynəlxalq Konfrans öz işinə başlayıb. AICT2013 Konfransı informasiya-kommunikasiya texnologiyaları (İKT) və xidmətləri barədə yenilikçi ideyaları və müxtəlif mövzuları müzakirə etmək üçün iş adamları, tədqiqatçılar, alimlər və sahə üzrə peşəkarları bir araya gətirmək üçün bir forumdur.
Rusiyalı alim BDU-da mühazirə oxuyub

Rusiyanın Nijniy Novqorod Dövlət Universitetinin professoru Yan Şvarts Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbə və müəllimlərinə mühazirə oxuyub.
Odessa Milli Dəniz Akademiyasının nümayəndə heyəti BDU-da olub

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Ukraynanın Odessa Milli Dəniz Akademiyasının prorektoru Aleksandr Nikolayeviç Şimyokinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Vyetnam Milli Assambleyasının sədr müavini BDU-nun məzunu Uonq Çu Lu universitetdə olub

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Vyetnam Milli Assambleyasının sədr müavini, BDU-nun Hüquq fakültəsinin məzunu Uonq Çu Lunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
BDU ilə Zigen Universiteti (Almaniya) əməkdaşlığı genişləndirəcəklər

Bu gün Zigen Universitetinin (Almaniya) Beynəlxalq Əlaqələr Departametinin direktoru Ulrix Eberhard Bakı Dövlət Universitetində (BDU) olub. Qonaqı Elm və İnnovasiyalar üzrə prorektor Aydın Kazımzadə qəbul edərək, ona BDU barədə ətraflı məlumat verib.
Fakültələr
- İlahiyyat fakültəsi
- Mühəndlislik və Tətbiqi Elmlər Fakültəsi
- Mühəndislik fakültəsi
- Istehsal proseslərinin avtomatlaşdırılması fakültəsi
- Baytarlıq təbabəti və Əczaçılıq fakültəsi
- İncəsənət fakültəsi
- Qida məhsullarının texnologiyası və turizm
- Tərcümə fakültəsi
- İnformatika və idarəetmə fakültəsi
- Mexanika və Metallurgiya Mühəndisliyi
Kitablar
- Фармакология 2006
- Инфекционные болезни 2001
- Анестезиология и реаниматология 2006
- Акушерство 1986
- Патологическая физиология 1996
Yeni repetitorlar
-
Musayeva Afət Qəzənfər qızı
-
Aqil Əliyev
-
Aysel Rəsulova
-
Rehimov Adil
-
Məmmədov Anar