Universitet xəbərləri

BDU-da ECONANO qrant layihəsinin təqdimat mərasimi keçirilib

27 Fevral 2014 16:38

Son illər elm və təhsil sahəsində bir sıra beynəlxalq və yerli qrant layihələrini yerinə yetirən Bakı Dövlət Universiteti bu ilin başlanğıcında da yeni beynəlxalq layihələrin qalibi olub. Bu gün Bakı Dövlət Universitetində Avropa Birliyinin Tempus layihəsi çərşivəsində BDU alimlərinin İtaliya, Fransa, Yunanıstan alimləri ilə birlikdə qalib olduqları ECONANO qrant layihəsinin təqdimat mərasimi keçirilib. Çıxış edən rektor, akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetində dünya elminin prioritet sahələri üzrə intensiv elmi tədqiqat işlərinin aparılmasından bəhs edib. O, bildirib ki, universitet alimlərinin apardığı bu işlər dünyanın bir sıra qabaqcıl universitetləri ilə bərabər yerinə yetirilir və dünya elmi ictimaiyyəti tərəfindən dəstəklənərək qəbul edilir. Məlum olub ki, Bakı Dövlət Universitetinin alimləri tərəfindən hər il ümumi dəyəri 5-7 milyon ABŞ dolları olan 80-dan çox layihə həyata keçirilir ki, bunların da 50-dən çoxu Avropa birliyi, Fransa Milli Elmi Araşdırmalar Mərkəzi, Beynəlxalq Nəzəri Fizika Elmi Mərkəzi, Amerika Hüquqşünaslar Assosiasiyası, İsveçrə Milli Elm Fondu və digər beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən beynəlxalq layihələrdir. Rektor bildirib ki, elmi layihələr daha çox fundamental elmlər sahəsində, əsasən kimya, biologiya və fizika fakültələrinin əməkdaşları tərəfindən həyata keçirilir. Məsələn, yeni ilin başlanğıcında biologiya fakültəsində 4 yeni beynəlxalq layihə qazanılıb ki, onların da ümumi dəyəri 4 milyon ABŞ dollarından çoxdur. Bildirilib ki, həyata keçirilən layihələr sırasında nonotexnologiya sahəsindəki layihələr də xüsusi yer tutur. Təkcə son 5 ildə Nanotədqiqatlar istiqamətində ümumi dəyəri 5 milyon ABŞ dolları olan qrant layihələri yerinə yetirilib. Bu layihələr çərçivəsində universitetə ən müasir cihazlar və avadanlıqlar alınıb. Universitet alimlərinin nanotexnologiya istiqamətində 70-dən artıq məqaləsi Tomson Reyter Agentliyinin siyahısına daxil olan jurnallarda, 100-dən artıq məqalə digər elmi jurnallarda dərc edilib. Azərbaycan alimlərinin apardığı tədqiqatların nəticələri dünyanın inkişaf etmiş ölkələrində keçirilən bir sıra beynəlxalq konfrans və simpoziumlarda müzakirə edilib və monoqrafiyalar şəklində nəşr edilib.

Rektor həmçinin bildirib ki, universitet alimləri İtaliyanın La Sapenieza Universiteti, Fransanın Paris Universiteti, Yunanınstanın Patras Universiteti və Təhsil Nazirliyi Qafqaz Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərecolab özəl şirkətinin iştirakı ilə bu gün təqdimatı keçirilən "Nanoekologiya mühəndisliyi ixtisaslaşması" üzrə mükəmməl magistr proqramının hazırlanması məqsədi ilə Avropa Birliyinin Tempus proqramı çərçivəsində dəyəri 655000 avro olan yeni qrant layihəsinin qalibi olublar və Bakı Dövlət Universiteti bu Layihənin Azərbaycan tərəfdən koordinatorudur.

Təqdimat mərasimində İtaliyanın La Sapienza Universitetinindən prof. Luca Di Palma, prof. Angelio Chianese, Fransanın Parij Universitetindən prof. Jean Philippe Passarello, Yunanıstanın Patras Universitetindən Petros G. Koutsoukos, və BDU-dan layihə rəhbəri prof.Məmmədəli Ramazanov çıxış edərək layihənin əhəmiyyətindən bəhs ediblər.

Mənbə:bsu.az 

Digər xəbərlər

Təhsil Nazirliyi Bakı Dövlət Universitetində "SABAH" qruplarının təqdimat mərasimini keçirib

8 May 2014 14:59

Bu gün Bakı Dövlət UniversitetindəTəhsil Nazirliyinin Azərbaycan dövlət ali təhsil müəssisələrində yaradılacaq "SABAH" qruplarının təqdimat mərasimi keçirilib.

Bakı Dövlət Universitetində innovasiyon elmi istiqamətlər üzrə xüsusi mərkəzin (texnoparkın) yaranması nəzərdə tutulur

12 Dekabr 2013 09:49

Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, akademik Abel Məhərrəmov universitetin bir qrup professor-müəllim heyətilə Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı ərazisində “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodunda olub. Elmlə istehsalat arasında körpü yaratmaq, əlaqələri inkişaf etdirmək məqsədilə edilən səfər Sumqayıt Texnologiyalar Parkının (STP) fəaliyyəti ilə tanışlıqdan başlayıb.

BDU-da professor İlham Rəhimovun kitabının təqdimat mərasimi keçirilib

28 Noyabr 2013 10:03

Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının Əməkdar Hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun “Cinayətin və cəzanın fəlsəfəsi” kitabının təqdimat mərasimi keçirilib.

BDU-da Firudin bəy Köçərlinin 150 illik yubileyi qeyd edilib

26 Noyabr 2013 09:28

Bu gün Bakı Dövlət Universitetində görkəmli maarifçi, pedaqoq, ədəbiyyatşünas və publisist Firudin bəy Köçərlinin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib.

BDU Zagreb universiteti ilə Memorandum imzalayıb

31 Oktyabr 2013 15:19

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov Xorvatiyanın Zagreb universitetinin rektoru Aleksa Byeliş ilə görüşüb. 

“İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi – AİCT 2013” VII Beynəlxalq Konfrans öz işinə başlayıb

24 Oktyabr 2013 09:33

Bu gün Bakı Dövlət Universitetində (BDU) “İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi – AİCT 2013” VII Beynəlxalq Konfrans öz işinə başlayıb. AICT2013 Konfransı informasiya-kommunikasiya texnologiyaları (İKT) və xidmətləri barədə yenilikçi ideyaları və müxtəlif mövzuları müzakirə etmək üçün iş adamları, tədqiqatçılar, alimlər və sahə üzrə peşəkarları bir araya gətirmək üçün bir forumdur.

Rusiyalı alim BDU-da mühazirə oxuyub

14 Oktyabr 2013 10:08

Rusiyanın Nijniy Novqorod Dövlət Universitetinin professoru Yan Şvarts Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbə və müəllimlərinə mühazirə oxuyub. 

Odessa Milli Dəniz Akademiyasının nümayəndə heyəti BDU-da olub

10 İyul 2013 20:06

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Ukraynanın Odessa Milli Dəniz Akademiyasının prorektoru Aleksandr Nikolayeviç Şimyokinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Vyetnam Milli Assambleyasının sədr müavini BDU-nun məzunu Uonq Çu Lu universitetdə olub

28 İyun 2013 16:39

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Vyetnam Milli Assambleyasının sədr müavini, BDU-nun Hüquq fakültəsinin məzunu Uonq Çu Lunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

BDU ilə Zigen Universiteti (Almaniya) əməkdaşlığı genişləndirəcəklər

19 İyun 2013 18:24

Bu gün Zigen Universitetinin (Almaniya) Beynəlxalq Əlaqələr Departametinin direktoru Ulrix Eberhard Bakı Dövlət Universitetində (BDU) olub. Qonaqı Elm və İnnovasiyalar üzrə prorektor Aydın Kazımzadə qəbul edərək, ona BDU barədə ətraflı məlumat verib.