Universitet xəbərləri

ADİU-nun qalib olduğu TEMPUS layihəsi çərçivəsində ilk təlimlər keçirilmişdir

30 Yanvar 2014 10:14

ADİU-nun koordinator qismində qalib gəldiyi “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” mövzusunda Tempus layihəsinin tədbirlər planına əsasən 2013-cü ilin 28-29 yanvar tarixlərində universitetimizdə ilk təlim proqramı həyata keçirilmişdir. “Universitetin beynəlxalq əlaqələr şöbəsinin mövcud fəaliyyətinin təhlili” mövzusunda təşkil olunan təlimlərdə Tempus layihəsinin tərəfdaş universitetlərinin əməkdaşları iştirak etmişlər.

Təlim proqramını açıq elan edən ADİU-nun beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru dos.Şahin Bayramov təlim iştirakçılarını ADİU-nun rektoru profesor Şəmsəddin Hacıyevin adından salamlamış, iştirakçılara uğurlar arzu etmiş, təlimin əsas məqsədinin tərəfdaş universitetlərdə beynəlxalq əlaqələr şöbələrinin mövcüd vəziyyətinin və fəaliyyət mexanizminin təhlil edilməsindən, eləcə də həmin şöbələrin inkişaf etdirilməsi istiqamətlərinin müəyyən edilməsindən ibarət olduğunu diqqətə çatdırmışdır.

Təlim proqramı Böyük Britaniyanın Uorvik Universitetinin (Warwick University) Beynəlxalq əlaqələr şöbəsinin müdiri cənab Ceyms Kennedi tərəfindən aparılmışdır. Bu sahənin aparıcı ekspertlərindən biri olan cənab C.Kennedi təlimin mövzusuna dair geniş və məzmunlu təqdimatlar etmiş, öz zəngin təcrübəsini bölüşmüş və Uorvik Universitetinin timsalında qabaqcıl Avropa universitetlərində tətbiq olunan mütərəqqi modellərdən bəhs etmişdir.

Təlim iştirakçıları universitetlərin beynəlxalq fəaliyyətinin təşkili metodları, bu sahədə beynəlxalq əlaqələr şöbəsinin iştirakı mexanizmi, hər bir ali məktəbin real potensialına müvafiq beynəlxalq inkişaf strategiyasının hazırlanması məsələləri, universitetin beynəlxalq əlaqələrinin qiymətləndirilməsi meyarları və digər bu kimi istiqamətlərdə məlumatlar əldə etmişlər.

İştirakçılar təmsil etdikləri Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, V.Hetman adına Kiyev Milli İqtisadiyyat Universiteti (Ukrayna), Poltava İqtisadiyyat və Ticarət Universiteti (Ukrayna), M.Ryskulbekova adına Qırğızıstan İqtisad Universiteti (Qırğızıstan), Qırğızıstan Beynəlxalq Universiteti (Qırğızıstan), B.Qafurov adına Kujand Dövlət Universiteti (Tacikistan) və Tacikistan Sahibkarlıq və Xidmətlər İnstitutunun (Tacikistan) beynəlxalq əlaqələr şöbələrinin mövcud vəziyyətinə və fəaliyyət prinsiplərinə dair fikirlərini bölüşmüşlər.

Bağlanış mərasimində çıxış edən dos.Şahin Bayramov iki günlük təlimlərin olduqca məhsuldar keçdiyini vurğulamış, cənab C.Kennediyə və bütün iştirakçılara təşəkkürünü bildirmiş və Tempus layihəsi çərçivəsində keçirilən ilk təlimlərin layihənin uğurla icra olunmasına böyük töhvə verəcəyini diqqətə çatdırmışdır.

Təlimlərin sonunda Tempus layihəsi çərçivəsində nəzərdə tutulmuş avadanlıqla təchizat tədbirlərinə müvafiq olaraq, layihənin icrası müddətində istifadə olunması məqsədilə tərəfdaş universitetlərin nümayəndələrinə ümumilikdə 12 ədəd noutbuk (laptop) təqdim olunmuşdur.

Digər xəbərlər

ADİU növbəti “Tələbə rektoru”nu seçir

16 May 2014 11:33

Mayın 15-də Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Elmi Cəmiyyəti (TEC) İdarə Heyətinin iclası keçirilib. İclasda növbəti “Tələbə rektor” seçilməsi müzakirə olunub.

ADİU-nun müəllimi Mevlanə proqramı çərçivəsində Akdeniz Universitetində təcrübə keçmişdir

12 Dekabr 2013 09:47

Cari ilin 11-20 noyabr tarixlərində ADİU-nun "Beynəlxalq iqtisadi münasibətlər" kafedrasının müəllimi Hamiz Mahmudov türkdilli ölkələrin universitetləri arasında tələbə və professor-müəllim mübadiləsinin həyata keçirilməsini nəzərdə tutan “Mevlanə Mübadilə Proqramı” çərçivəsində Türkiyənin Akdeniz Universitetində olmuşdur.

Almaniya ilə tələbə mübadiləsi proqramı

20 Noyabr 2013 15:34

ADİU və Almaniyanın Siegen Universiteti arasında əməkdaşlıq müqaviləsi çərçivəsində Tələbə Mübadilə Proqramı həyata keçirilir. Proqramın şərtlərinə əsasən tədris ilinin hər semestrində tələbə və magistrlər mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

"İqtisadçı" voleybol komandası parlaq qələbə qazandı!

22 Oktyabr 2013 09:36

Oktyabrın 22-də universitetimizin qadınlardan ibarət “İqtisadçı” voleybol klubu Avropa Çempionlar Liqası yarışında ilk oyununa çıxmışdır. Rəqib Serbiya çempionu “Servena Zvezda” klubu olmuşdur.

Mevlanə proqramı çərçivəsində ilk qonaq professorlar ADİU-da iki həftə mühazirə oxumuşlar

1 Oktyabr 2013 10:30

Proqram türkdilli ölkələrin ali təhsil müəssisələri arasında tələbə və professor-müəllim mübadiləsinin həyata keçirilməsini nəzərdə tutur.

ADİU ilə Çinin bir neçə aparıcı universiteti arasında əməkdaşlığın əsası qoyulmuşdur

25 Avgust 2013 23:03

Danılmaz həqiqətdir ki, hazırda Çin Xalq Respublikası dünyanın yüksək sürətlə inkişaf edən iqtisadiyyatına malikdir və dünyanın siyasi və iqtisadi xəritəsində bu ölkənin mövqeyi davamlı şəkildə güclənir. Şübhəsiz ki, “Çin möcüzəsi”nin ən mühüm və real nəticələrindən biri də bu ölkənin ali təhsil sisteminin əhəmiyyətli dərəcədə inkişaf etməsidir. Bu baxımdan, ADİU rəhbərliyi Çinin qabaqcıl universitetləri ilə əməkdaşlıq münasibətlərinin yaradılmasına xüsusi diqqət yetirir.

ADİU-nun əməkdaşı Oksfordda təlim proqramında iştirak etmişdir

3 İyun 2013 04:15

Cari ilin 20-26 may tarixlərində Böyük Britaniyanın Oksford şəhərində “Ali Təhsildə Liderlik 2013: Rəhbərlər üçün İdarəetmə Proqramı” (Leadership in Higher Education 2013: Senior Executive Programme) mövzusunda seminar keçirilmişdir.Təhsil və İnkişaf üzrə Oksford Akademiyası (Oxford Academy for Education and Development – OAED) tərəfindən təşkil olunan seminarda ADİU-nun Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor əvəzi dos. Şahin Bayramov iştirak etmişdir.

ADİU-nun BİM fakultəsinin təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilmişdir

14 May 2013 11:06

ADİU-nun rektoru, professor Şəmsəddin Hacıyev açılış nitqində konfransın iki qardaş ölkə arasındakı hərtərəfli münasibətlərin inkişafına töhfə olacağını bildirmiş O, Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Alper Coşkunu, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirinin müavini cənab Niyazi Səfərovu, Şimali Kipr Türk Cümhuriyyətinin Bakı Təmsilçisi cənab Sadettin Topukçunu, Türkiyə Cümhuriyyəti İqtisadiyyat Nazirinin müşaviri cənab Gazi Bilgini və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri cənab Samir Vəliyevi konfrans iştirakçılarına təqdim etmişdir. Professor Ş.Hacıyev Azərbaycanla Türkiyə arasındakı dostluq münasibətlərinin Ümummilli Lider Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk tərəfindən irəli sürülmüş prinsiplərə əsaslandığını qeyd etmişdir.

ADİU-da xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilidi

18 Aprel 2013 02:19

17 aprel 2013-cü il tarixində ADİU-nun Böyük Akt zalında Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı, hüquq elmləri doktoru Çingiz Abdullayev ilə görüş keçirilidi.

ADİU-da Elmi-Praktiki konfrans keçirildi

17 Aprel 2013 12:34

16 aprel 2013-cü il tarixində ADİU-da Professor-müəllim heyətinin 2012-ci il elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş Elmi-Praktiki KONFRANS keçirildi.
Konfransı giriş sözü ilə universitetin rektoru professor Şəmsəddin Hacıyev açaraq son illər universitetdə keçirilən islahatlar haqqında geniş məlumat verdi. O, qeyd etdi ki, təhsilin keyfiyyətində əldə olunmuş nailiyyətlərlə yanaşı universitetimizdə elm sahəsində də müsbət dəyişikliklər baş vermişdir. Belə ki, son dövrlərdə elmi-tədqiqat işlərinin aktuallığına, yeniliyinə, praktiki əhəmiyyətinə xüsusi önəm verilib və onların nəticələri tədris prosesində geniş tətbiq olunur. Xüsusilə qeyd etmək lazımdır ki, müəllimlərin elmi həvəslərini stimullaşdırmaq məqsədilə müxtəlif mükafat formaları tətbiq olunmuşdur.

Universitetin menyu