Universitet xəbərləri

Sudan səfirliyinin səlahiyyətli nümayəndəsi ADU-da

15 Yanvar 2014 10:21

Yanvarın 14-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Sudan səfirliyinin səlahiyyətli nümayəndəsi Muhamməd Elballa Osmanı qəbul etdi.

Qonağı salamlayan rektor professor Səməd Seyidov onu ADU-da görməkdən məmnun olduğunu dilə gətirdi. Universitet haqqında danışan rektor, professor Səməd Seyidov ADU-da Qərb və Şərq dillərinin geniş tədris olunduğunu bildirdi. ADU-da Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində Ərəbşünaslıq ixtisasında ərəb dilinin tədris olunduğunu nəzərə çatdırdı.

Səmimi qəbula görə təşəkkür edən Sudan səfirliyinin səlahiyyətli nümayəndəsi - müstəşar elçi Muhammed Elballa Osman ADU-da ərəb dilinin tədrisindən razı qaldığını qeyd etdi.

Görüşdə təhsil sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
 
Mənbə: adu.edu.az  

Digər xəbərlər

ADU-da "Azərbaycan və Çin təsviri incəsənəti: mədəni modellərin sintezi" adlı tədbir keçirildi

31 Mart 2014 11:56

Tədbiri giriş sözü ilə açan Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov Azərbaycan və Çin arasındaki mədəni əlaqələrin tarixindən danışdı, hər iki ölkənin tanınmış rəssamlarının qarşılıqlı sərgilərinin təşkil olunduğunu bildirdi. O, nümayiş olunan şəkillərdə Shanshui ("Dağlar və Su") janrında çəkilmiş Çin mənzərə rəsmləri və Azərbaycanın müasir milli təsviri incəsənətinin banisi Hüseyn Əliyevin yaradıcılığında əsas yer tutan dağlar, ağaclar, çayların təsviri tematikasını müqayisə edərək hər iki əsərlərdə dərin fəlsəfi düşüncələrin əks olunduğunu söylədi.

ADU-da Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş Respublika konfransı keçirildi

27 Dekabr 2013 23:05

Dekabrın 26-da Azərbaycan Dillər Universitetində (ADU) xalq şairi, Dövlət mükafatı laureatı Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş “Məmməd Araz novator şair idi” mövzusunda Respublika konfransı keçirildi. Konfransda ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Milli Məclisin deputatı, şair Aqil Abbas və Məmməd Arazın ailə üzvləri, o cümlədən tanınmış ictimai-siyasi xadimlər, ziyalılar, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edirdi.

Almaniyanın Frayburq Universitetinin professoru ADU-da

26 Noyabr 2013 15:08

Noyabrın 25-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Almaniyanın Frayburq Universitetinin professoru Hans-Verner Hunekeni qəbul etdi.

"Uşaqlara qayğı, gələcəyə qayğı"

26 Noyabr 2013 09:23

18 noyabr tarixində ADU Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə uşaq hüquqlarının müdafiəsi ilə əlaqədar dəyirmi masa keçirilmişdir. Tədbirə universitetin tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev fikirlərini bildirərək açılış etmişdir. 

İsrail səfiri ADU-da

21 Oktyabr 2013 09:38

Oktyabrın 21-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazı qəbul etdi.

ADU-nun rəsmi saytı yenilənib

22 Sentyabr 2013 11:57

Bu gün Azərbaycan Dillər Universitetinin rəsmi saytının yeni versiyası fəaliyyətə başlayıb. Yeni sayt xoş dizaynı və iş sürəti ilə fərqlənir. Saytın strukturu daha rahat hazırlanıb, istənilən zəruri məlumat isə baş səhifədə yerləşdirilib.

ADU-da Çin Mərkəzinin və “Açıq kitabxana”nın açılış mərasimi keçirildi

14 İyun 2013 15:13

İyunun 12-də Azərbaycan Dillər Universitetində Çin Mərkəzinin və Azərbaycan universitetləri içərisində ilk dəfə olaraq ADU-da “Açıq kitabxana”nın açılış mərasimi keçirildi və universitetin müəllim və tələbələrinin ixtiyarına verildi.

İnşa yazı olimpiadası” nın qalibləri mükafatlandırıldı

1 İyun 2013 10:26

Mayın 31-də Azərbaycan Dillər Universitetində İngilis dilinin tarixi və leksikologiyası kafedrası və Müəllim Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “İnşa yazı olimpiadası” nın qaliblərinin mükafatlandırılma mərasimi keçirildi. Tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov, İngilis dilinin tarixi və leksikologiyası kafedrasının müdiri, professor Nigar Vəliyeva, kafedranın müəllimləri və tələbələr iştirak edirdilər.

Rektor Səməd Seyidov Chevron-un Neft Mühəndisləri Cəmiyyətinin vitse prezidentini qəbul etdi

29 May 2013 09:47

Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Şevron enerji texnologiyası şirkətinin Neft Mühəndisləri Cəmiyyətinin vitse prezidenti Qaneş Takurun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Qonaqları salamlayan rektor onlara universitet haqqında məlumat verdi. Müxtəlif dillərin tədris olunduğunu diqqətə çatdıran professor Səməd Seyidov universitetdə bir sıra dil və mədəniyyət mərkəzlərinin mövcudluğundan söz açdı. O, universitetin beynəlxalq əlaqələri haqqında danışdı və Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi, xarici siyasəti haqqında qonaqlara məlumat verdi.

ADU-da “21 May-Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik günü”nə həsr olunmuş tədbir keçirildi

22 May 2013 04:54

Mayın 21-də Azərbaycan Dillər Universitetində ADU-nun İnformasiya Resurs Kompleksi və BMT-nin Bakıdakı nümayəndəliyinin birgə təşkil etdiyi “21 May-Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik günü”nə həsr olunmuş tədbir keçirildi.

Universitetin menyu