Universitet xəbərləri

ADU-da Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş Respublika konfransı keçirildi

27 Dekabr 2013 23:05

ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov giriş sözü ilə çıxış edərək qonaqları salamladı. Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncam imzaladığını diqqətə çatdıran rektor respublikada silsilə tədbirlərin həyata keçirildiyini qeyd etdi. Rektor Səməd Seyidov M. Araz poeziyasının Azərbaycan ədəbiyyatında xüsusi və özünəməxsus yeri olduğunu söylədi. O, qeyd etdi ki, şairin azərbaycançılıq məfkurəsinin formalaşmasında rolu böyükdür. ADU rektoru vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığının Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil etdiyini qeyd etdi: “ Məmməd Araz özünüdərk və ən yüksək ədəbiyyat incilərini Azərbaycan xalqına bəxş etmişdir. Azərbayçançılığı yaradan şəxslərdən biri də Məmməd Araz olmuşdur. Azərbaycan Dillər Universiteti olaraq düşündük ki, bu düşüncəyə, bu fəlsəfəyə, yüksək mədəniyyətə, yüksək ədəbiyyata öz töhfəmizi verək. Bu gün ADU-da Məmməd Arazın yubiyleyinin keçirilməsi, çox vacib, məntiqli və əhəmiyyətli hadisədir. Çünki Azərbaycan mədəniyyəti bütün dünyada özünəməxsus yer tutub. Dünyanı dərk etmək, xarici mədəniyyətləri öyrənmək, əcnəbi dillərdə danışmaq üçün siz ilk öncə öz dilinizi, ədəbiyyatınızı dərindən mənimsəməlisiniz. Buna görə də Məmməd Araz fəsləfəsi ən yüksək yerdə duran ədəbiyyatdır”.

Səməd Seyidov bildirdi ki, M. Arazın 80 illik yubileyi münasibətilə universitetin dəstəyi ilə ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev “Məmməd Araz - 80 biblioqrafik göstərici” adlı kitab yazıb. O, bu kitabın şairin yaradıcılığına verilən yüksək qiymət kimi dəyərləndirdi.

Milli Məclisin deputatı, şair Aqil Abbas isə çıxışında universitetin rəhbərliyinə belə bir tədbirin təşkilinə görə minnətdarlığını bildirdi və Məmməd Araz haqqında yazılan biblioqrafiyanın şairin yubileyinə ən böyük hədiyyə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. O, kitabın müəllifi Ələddin Əliyevə minnətradlığını bildirdi: “Ələddin müəllim bu kitabın üzərində 5 ildən çox işləyib. Sözügedən kitabda Məmməd Arazın bioqrafiyasından, bir sözlə bütün həyat salnamələrindən bəhs olunur. Kitab təkcə Azərbaycan dilində deyil, həmçinin ingilis, fransız dillərinə də tərcümə olunub. Hər bir şair özünə qiymət verir. Məmməd Araz "şair" sözünün böyüklüyü qarşısında aciz olduğunu xüsusilə vurğulayaraq söyləyib ki, “Nizami, Fizuli kimi şairlərin yanında özümə şair deməyim düzgün olmazdı. Bu da Məmməd Arazın poeziyaya verdiyi qiymətin göstəricisidir”.

“Azərbaycan” jurnalının baş redaktor müavini, Əməkdar mədəniyyət işçisi Vaqif Yusifli şairin fəlsəfi düşüncələrindən bəhs etdi. O, M. Arazın yüksək bədii-fəlsəfi ümumiləşdirmələrlə səciyyələnən, lakonik deyim tərzinə malik dərin ictimai məzmunlu lirikasından söhbət açdı.

ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının baş müəllimi Nurlanə Qasımlı “Məmməd Araz novator şair idi” mövzusunda məruzə ilə çıxış etdi. N. Qasımlı məruzəsində şairin Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərindən danışdı və onun yenilikçi bir şair olduğunu vurğuladı.

Xalq şairinin həyat yoldaşı Gülxanım Fətəliqızı çıxış edərək xatirələrindən danışdı. O, tədbirin təşkilində əməyi keçən şəxslərə təşəkkür etdi.

Konfrans ADU tələbələrinin hazırladığı bədii hissə ilə yekunlaşdı. Bədii hissədə şairin həyat və yaradıcılığını özündə əks etdirən videoçarx nümayiş olundu, şeirləri səsləndirildi, əsərlərindən parçalar təqdim olundu.

Qeyd edək ki, kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam əsasında Azərbaycan Dillər Universiteti tərəfindən çap olunmuşdur. Bibloqrafiyada M. Arazın 1952-ci ildən 2013-cü ilə qədər çapdan çıxmış şeirləri, poemaları, məqalələri, müsahibələri, haqqında yazılmış əsərlər, dünya xalqlarının dillərinə tərcümə olunmuş əsərləri, eləcə də başqa dillərdən tərcümə etdiyi qiymətli poeziya inciləri haqqında məlumatlar öz əksini tapıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi haqqında 27 sentyabr 2013-cü il tarixli Sərəncam imzalamışdır.

Digər xəbərlər

ADU-da "Azərbaycan və Çin təsviri incəsənəti: mədəni modellərin sintezi" adlı tədbir keçirildi

31 Mart 2014 11:56

Tədbiri giriş sözü ilə açan Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov Azərbaycan və Çin arasındaki mədəni əlaqələrin tarixindən danışdı, hər iki ölkənin tanınmış rəssamlarının qarşılıqlı sərgilərinin təşkil olunduğunu bildirdi. O, nümayiş olunan şəkillərdə Shanshui ("Dağlar və Su") janrında çəkilmiş Çin mənzərə rəsmləri və Azərbaycanın müasir milli təsviri incəsənətinin banisi Hüseyn Əliyevin yaradıcılığında əsas yer tutan dağlar, ağaclar, çayların təsviri tematikasını müqayisə edərək hər iki əsərlərdə dərin fəlsəfi düşüncələrin əks olunduğunu söylədi.

Sudan səfirliyinin səlahiyyətli nümayəndəsi ADU-da

15 Yanvar 2014 10:21

Yanvarın 14-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Sudan səfirliyinin səlahiyyətli nümayəndəsi Muhamməd Elballa Osmanı qəbul etdi.

Almaniyanın Frayburq Universitetinin professoru ADU-da

26 Noyabr 2013 15:08

Noyabrın 25-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Almaniyanın Frayburq Universitetinin professoru Hans-Verner Hunekeni qəbul etdi.

"Uşaqlara qayğı, gələcəyə qayğı"

26 Noyabr 2013 09:23

18 noyabr tarixində ADU Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə uşaq hüquqlarının müdafiəsi ilə əlaqədar dəyirmi masa keçirilmişdir. Tədbirə universitetin tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev fikirlərini bildirərək açılış etmişdir. 

İsrail səfiri ADU-da

21 Oktyabr 2013 09:38

Oktyabrın 21-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazı qəbul etdi.

ADU-nun rəsmi saytı yenilənib

22 Sentyabr 2013 11:57

Bu gün Azərbaycan Dillər Universitetinin rəsmi saytının yeni versiyası fəaliyyətə başlayıb. Yeni sayt xoş dizaynı və iş sürəti ilə fərqlənir. Saytın strukturu daha rahat hazırlanıb, istənilən zəruri məlumat isə baş səhifədə yerləşdirilib.

ADU-da Çin Mərkəzinin və “Açıq kitabxana”nın açılış mərasimi keçirildi

14 İyun 2013 15:13

İyunun 12-də Azərbaycan Dillər Universitetində Çin Mərkəzinin və Azərbaycan universitetləri içərisində ilk dəfə olaraq ADU-da “Açıq kitabxana”nın açılış mərasimi keçirildi və universitetin müəllim və tələbələrinin ixtiyarına verildi.

İnşa yazı olimpiadası” nın qalibləri mükafatlandırıldı

1 İyun 2013 10:26

Mayın 31-də Azərbaycan Dillər Universitetində İngilis dilinin tarixi və leksikologiyası kafedrası və Müəllim Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “İnşa yazı olimpiadası” nın qaliblərinin mükafatlandırılma mərasimi keçirildi. Tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov, İngilis dilinin tarixi və leksikologiyası kafedrasının müdiri, professor Nigar Vəliyeva, kafedranın müəllimləri və tələbələr iştirak edirdilər.

Rektor Səməd Seyidov Chevron-un Neft Mühəndisləri Cəmiyyətinin vitse prezidentini qəbul etdi

29 May 2013 09:47

Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Şevron enerji texnologiyası şirkətinin Neft Mühəndisləri Cəmiyyətinin vitse prezidenti Qaneş Takurun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Qonaqları salamlayan rektor onlara universitet haqqında məlumat verdi. Müxtəlif dillərin tədris olunduğunu diqqətə çatdıran professor Səməd Seyidov universitetdə bir sıra dil və mədəniyyət mərkəzlərinin mövcudluğundan söz açdı. O, universitetin beynəlxalq əlaqələri haqqında danışdı və Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi, xarici siyasəti haqqında qonaqlara məlumat verdi.

ADU-da “21 May-Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik günü”nə həsr olunmuş tədbir keçirildi

22 May 2013 04:54

Mayın 21-də Azərbaycan Dillər Universitetində ADU-nun İnformasiya Resurs Kompleksi və BMT-nin Bakıdakı nümayəndəliyinin birgə təşkil etdiyi “21 May-Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik günü”nə həsr olunmuş tədbir keçirildi.

Universitetin menyu