Universitet xəbərləri

Bakı Dövlət Universitetində innovasiyon elmi istiqamətlər üzrə xüsusi mərkəzin (texnoparkın) yaranması nəzərdə tutulur

12 Dekabr 2013 09:49

Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, akademik Abel Məhərrəmov universitetin bir qrup professor-müəllim heyətilə Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı ərazisində “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodunda olub. Elmlə istehsalat arasında körpü yaratmaq, əlaqələri inkişaf etdirmək məqsədilə edilən səfər Sumqayıt Texnologiyalar Parkının (STP) fəaliyyəti ilə tanışlıqdan başlayıb.

Texnoparkın icraçı direktoru Sahib Musayev qonaqları STP ilə tanış edib. Bildirib ki, Sumqayıt Texnologiyalar Parkının birinci mərhələsi 2009-cu ildə prezident İlham Əliyev tərəfindən işə salınıb. Parkın ərazisi 45 hektardır. Burada elektroenergetika sənayesi üçün məhsullar hazırlanır, zavodlar, sexlər və istehsal xətləri yaradılır. Müəssisə tam işə düşdükdən sonra burada 3 min nəfər, o cümlədən yüksək ixtisaslı mühəndislərin daimi işlə təmin edilmələri planlaşdırılıb. “Sumqayıt-3” qapalı tipli yarımstansiyası Cənubi Qafqazda istifadəyə verilən ilk belə obyektdir. Sahib Musayev bildirib ki, Yarımstansiya yüksək səviyyədə avtomatlaşdırılıb və daxili mikro nəzarət sisteminə malikdir. Zavodda 800 millimetrə qədər diametrli plastik borular istehsal olunur. 16 atmosfer təzyiqə davam gətirəcək belə boruların MDB məkanında ilk dəfə istehsalına başlanılıb və bunlardan kabellərin çəkilməsində, kiçik su elektrik stansiyalarının tikintisində, həmçinin qaz, su və kanalizasiya sistemlərinin quraşdırılmasında istifadə edilir. 17 zavoddan ibarət olan bu Texnologiyalar Parkında respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən, müxtəlif tip kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıqlar, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar (arqon, oksigen, azot və s.) istehsal edilir. Sumqayıt Texnoparkında ən müasir avadanlıq quraşdırılıb, elektroenergetika sənayesində kəskin ehtiyac duyulan mis və alüminium çubuqlar istehsal olunur. 500 kV qədər gərginlik kabelləri istehsal edəcək zavodun MDB məkanında analoqu demək olar ki yoxdur. Hazırda dünyada cəmi 7 belə müəssisə fəaliyyət göstərir.

Daha sonra rektor Abel Məhərrəmov və nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkı ərazisində “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodu ilə tanış olublar. Şirkətin Satış müdiri Bahadur Musayev bildirib ki, burada müxtəlif diametrli polad borular istehsal edilir. Layihəyə uyğun olaraq, zavodda Türkiyə, Almaniya, İtaliya və Çin texnologiyası əsasında ildə 100 min ton polad borular istehsal olunur. Burada hazırlanan polad borular xam neft, təbii qaz və su xətlərinin çəkilişində, neft emalı zavodlarında, sənaye boru xətti şəbəkələrinin yaradılmasında, polad konstruksiyaların yığılmasında istifadə olunur.

Rektor Abel Məhərrəmov prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində bu müəssisələrdə sürətli inkişafın əyani şahidi olduqlarını bildirib. Deyib ki, Bakı Dövlət Universiteti alimlərinin bu texnoparkla əlaqlərini qurmaq, elmi potensiallarından istifadə etmək, tələbələri istehsalata cəlb etmək, yeni elmi innovasiyon sistem tətbiq etmək və elmi-texniki mərkəz yaratmaqla mövcud istehsalatı daha da inkişaf etdirmək mümkündür. Eyni zamanda əldə edilən təcrübədən yararlanaraq Bakı Dövlət Universitetində innovasiyon elmi istiqamətlər üzrə xüsusi mərkəzin (texnoparkın) yaranması nəzərdə tutulur.

Mənbə: bsu.az 

Digər xəbərlər

Təhsil Nazirliyi Bakı Dövlət Universitetində "SABAH" qruplarının təqdimat mərasimini keçirib

8 May 2014 14:59

Bu gün Bakı Dövlət UniversitetindəTəhsil Nazirliyinin Azərbaycan dövlət ali təhsil müəssisələrində yaradılacaq "SABAH" qruplarının təqdimat mərasimi keçirilib.

BDU-da ECONANO qrant layihəsinin təqdimat mərasimi keçirilib

27 Fevral 2014 16:38

Son illər elm və təhsil sahəsində bir sıra beynəlxalq və yerli qrant layihələrini yerinə yetirən Bakı Dövlət Universiteti bu ilin başlanğıcında da yeni beynəlxalq layihələrin qalibi olub. Bu gün Bakı Dövlət Universitetində Avropa Birliyinin Tempus layihəsi çərşivəsində BDU alimlərinin İtaliya, Fransa, Yunanıstan alimləri ilə birlikdə qalib olduqları ECONANO qrant layihəsinin təqdimat mərasimi keçirilib.

BDU-da professor İlham Rəhimovun kitabının təqdimat mərasimi keçirilib

28 Noyabr 2013 10:03

Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının Əməkdar Hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun “Cinayətin və cəzanın fəlsəfəsi” kitabının təqdimat mərasimi keçirilib.

BDU-da Firudin bəy Köçərlinin 150 illik yubileyi qeyd edilib

26 Noyabr 2013 09:28

Bu gün Bakı Dövlət Universitetində görkəmli maarifçi, pedaqoq, ədəbiyyatşünas və publisist Firudin bəy Köçərlinin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib.

BDU Zagreb universiteti ilə Memorandum imzalayıb

31 Oktyabr 2013 15:19

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov Xorvatiyanın Zagreb universitetinin rektoru Aleksa Byeliş ilə görüşüb. 

“İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi – AİCT 2013” VII Beynəlxalq Konfrans öz işinə başlayıb

24 Oktyabr 2013 09:33

Bu gün Bakı Dövlət Universitetində (BDU) “İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi – AİCT 2013” VII Beynəlxalq Konfrans öz işinə başlayıb. AICT2013 Konfransı informasiya-kommunikasiya texnologiyaları (İKT) və xidmətləri barədə yenilikçi ideyaları və müxtəlif mövzuları müzakirə etmək üçün iş adamları, tədqiqatçılar, alimlər və sahə üzrə peşəkarları bir araya gətirmək üçün bir forumdur.

Rusiyalı alim BDU-da mühazirə oxuyub

14 Oktyabr 2013 10:08

Rusiyanın Nijniy Novqorod Dövlət Universitetinin professoru Yan Şvarts Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbə və müəllimlərinə mühazirə oxuyub. 

Odessa Milli Dəniz Akademiyasının nümayəndə heyəti BDU-da olub

10 İyul 2013 20:06

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Ukraynanın Odessa Milli Dəniz Akademiyasının prorektoru Aleksandr Nikolayeviç Şimyokinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Vyetnam Milli Assambleyasının sədr müavini BDU-nun məzunu Uonq Çu Lu universitetdə olub

28 İyun 2013 16:39

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Vyetnam Milli Assambleyasının sədr müavini, BDU-nun Hüquq fakültəsinin məzunu Uonq Çu Lunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

BDU ilə Zigen Universiteti (Almaniya) əməkdaşlığı genişləndirəcəklər

19 İyun 2013 18:24

Bu gün Zigen Universitetinin (Almaniya) Beynəlxalq Əlaqələr Departametinin direktoru Ulrix Eberhard Bakı Dövlət Universitetində (BDU) olub. Qonaqı Elm və İnnovasiyalar üzrə prorektor Aydın Kazımzadə qəbul edərək, ona BDU barədə ətraflı məlumat verib.

Universitetin menyu