Təsvir

Azərbaycan Universiteti (AU) Azərbaycan Respublikasında təsis olunan ilk özəl universitetdir. AU 1991-ci ildən fəaliyyətdədir. Universitet Dövlət Ali Ekspert Komissiyasının 3 mart 1993-cü il tarixli, Təhsil Nazirliyi Kollegiyasının 8 aprel 1993-cü il tarixli qərarları ilə dövlət qeydiyyatına alınıb, 01 saylı Dövlət reyestrinə qəbul edilib və ona sertifikat verilib.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 mart 1995-ci il tarixli, 72 N-lı qərarı ilə Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının rəyinə əsasən, tərkibində orta ixtisas kolleci və ingilis dilli gimnaziya olmaqla, qeyri-dövlət Azərbaycan Universiteti Dövlət qeydiyyatına alınıb.Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya Komissiyasının qərarına əsasən 24 fevral 2009-cu il tarixli, 213 saylı əmrə əsasən ali təhsil müəssisəsi kimi təkrar akkreditə olunub. Universitet həmin əmrdə göstərilən istiqamətlər, ixtisaslar üzrə öz məzunlarına diplom vermək və dövlət ali məktəblərinə şamil edilən bütün güzəştlərə, o cümlədən hərbi xidmətdən möhlət hüququna malikdir.AU-da ali təhsil “Təhsil Haqqında Azərbaycan Respublikasının Qanunu” və Azərbaycan Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 saylı qərarı ilə (“Ali təhsil pilləsində dövlət standartı və proqramı”) tənzimlənirAU 2006-cı ildən başlayaraq Bolonya bəyannaməsinin tələbləri əsasında fəaliyyət göstərirUniversitetdə 19 ixtisas üzrə 1194 nəfər tələbə təhsil alır.

Azərbaycan Universitetində iki fakültə, altı kafedra fəaliyyət göstərir, 153 müəllim çalışır.Elmi-pedaqoji heyətdən 1 nəfəri AMEA-nın həqiqi üzvü, 2 nəfəri AMEA-nın müxbir üzvü; 12 nəfəri elmlər doktoru, professor; 51 nəfəri elmlər namizədi, dosent; 10 nəfəri elmlər namizədi, baş müəllim; 38 nəfəri baş müəllim; 40 nəfəri isə müəllimdir.Azərbaycan Universitetində müəllim sayının tələbə sayına nisbəti: 6 tələbə –1 müəllim.Universitetdə təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır, BBA proqramının tələbələrinə isə öz seçimləri ilə ingilis dilindən başqa ikinci xarici dil (alman, fransız, ərəb və s.) öyrədilir.Azərbaycan Universiteti Respublikada ilk hüquq klinikası yaradan universitetdir.2006-cı ildə Avrasiya Hüquqşünaslar Assosiasiyası hüquq sahəsində təhsildə əldə etdiyi nailiyyətlərə görə Azərbaycan Universitetini ilin universiteti elan etmişdir.Azərbaycan Universiteti Respublikada ilk ingilis dilli gimnaziya təsis edən universitetdir.Azərbaycan Universiteti kredit-çoxballı sistemin tətbiqi üzrə Təhsil Nazirliyi tərəfindən 2009-cu ildə pilot ali məktəb elan edilib.Azərbaycan Universiteti 1998-ci ildə Keyfiyyət və Xidmət üzrə Amerika Qran Pri-sinin qalibi olub.Azərbaycan Universiteti dərsliklər, dərs vəsaitləri, kitablar, tədris proqramları və tələbələr üçün zəruri materialları, araşdırma işləri çap edən ən müasir mətbəəyə malikdir.Azərbaycan Universitetinin öz nəşriyyatı, “İpək Yolu” adlı çoxprofilli aylıq elmi dərgisi, müntəzəm nəşr olunan aylıq “Azərbaycan Universiteti ” adlı qəzeti var.Universitet 2010-cu ilin sentyabrından ümumi sahəsi 3500 kv. m. olan yeni tədris binasına köçüb. Binada simsiz internet şəbəkəsi qurulub, eyni vaxtda 50 tələbənin işləyə biləcəyi kompüter salonu, idman və oxu zalı, media-mərkəz, təqdimat, konfrans, dəyirmi masa otaqları, eləcə də video-telekonfranslar üçün auditoriya və texnika mövcuddur. Hər bir auditoriyada müasir proyektorlardan istifadə üçün imkan yaradılıb.Azərbaycan Universiteti yaxın gələcəkdə ən müasir Kampusa malik olacaq. Artıq AU üçün şəhər kənarında 8 ha. torpaq sahəsi ayrılıb, tikinti planlaşdırılır.Azərbaycan Universitetinin elmin bütün sahələrini əhatə edən zəngin kitabxanası var. Universitetdə elmi araşdırma mərkəzləri, karyera mərkəzi, tələbə klubları fəaliyyət göstərir.2008-2009-cu tədris ilindən etibarən Azərbaycan Universitetində Corciya Dövlət Universiteti (CDU-ABŞ) və Qafqaz Universiteti (QU- Gürcüstan) ilə birgə Biznes İnzibatçılığı üzrə bakalavr (Bachelor of Business Administration - BBA) və magistr (Master of Business Administration - MBA) proqramları tətbiq edilir.AU-nun Karyera Mərkəzi 4 minə yaxın sahibkarı özündə birləşdirən Azərbaycan Milli Sahibkarlar (işəgötürənlər) Konfederasiyası, Auditorlar Palatası, Azərbaycan Bank tədris mərkəzi və Azərbaycan Marketoloqlar cəmiyyəti ilə ikitərəfli əməkdaşlıq müqavilələri bağlamışdır.

Daha çox göstər

Əlaqə

Ətraflı məlumat

  • Абревиатура: AU
  • Сайт: Open Link
  • Ректор: Akif Musayev

Əlaqəli

Xəritəsi

Comments (2)

  1. Guest
    Guest 4 years ago
    bonjour!

    Təcili kredit lazımdır? Pis kreditiniz var? Girov, pis alınmış kredit olmadan sizin üçün kreditləri təsdiq edə bilərik. Biz sertifikatlı və etibarlı maliyyə qurumuyuq.
    Bütün növ layihələr üçün vəsaitləri təsdiqləyin. Kredit / maliyyə təklifimizdir
    2% polad faiz dərəcəsi və çox uzun bir ödəmə müddəti ilə təklif olunur
    Əlverişli və rahat müştərilər. Kreditin miqdarı / müddəti ilə razılaşmaq olar.
    Asılı olaraq 350 milyon dollaradək vəsaitləri təsdiqləyirik
    İşin təbiəti Xidmətlərimiz etibarlı və davamlıdır, bu gün bizimlə əlaqə saxlayın
    (jenniferloancompany552@gmail.com) Uğurunuz bizim prioritetimizdir.

    Hörmətlə !!!
    Whatsapp: +23490181518996
    jenniferloancompany552@gmail.com
    réalisateur
  2. Guest
    Guest 4 years ago
    bonjour!

    Təcili kredit lazımdır? Pis kreditiniz var? Girov, pis alınmış kredit olmadan sizin üçün kreditləri təsdiq edə bilərik. Biz sertifikatlı və etibarlı maliyyə qurumuyuq.
    Bütün növ layihələr üçün vəsaitləri təsdiqləyin. Kredit / maliyyə təklifimizdir
    2% polad faiz dərəcəsi və çox uzun bir ödəmə müddəti ilə təklif olunur
    Əlverişli və rahat müştərilər. Kreditin miqdarı / müddəti ilə razılaşmaq olar.
    Asılı olaraq 350 milyon dollaradək vəsaitləri təsdiqləyirik
    İşin təbiəti Xidmətlərimiz etibarlı və davamlıdır, bu gün bizimlə əlaqə saxlayın
    (jenniferloancompany552@gmail.com) Uğurunuz bizim prioritetimizdir.

    Hörmətlə !!!
    Whatsapp: +23490181518996
    jenniferloancompany552@gmail.com
    réalisateur