Azərbaycan Memarlıq və İnşaat Universiteti inşaat sahəsində olan Qafqazda ilk təhsil müəssəsidir. Azərbaycan Memarlıq və İnşaat Universiteti Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşir. Univesitetin ümumi sahəsi 49000 m2 olan 5 tədris korpusu, tələbə şəhərciyi vardır. Şəhərcikdə xarici tələbələr üçün 9 mərtəbəli 1 yataqxana korpusu və kommersiya əsasında fəaliyyət göstərən "Damla" korpusu yerləşir. Universitetin nəzdində İnşaat Kolleci və texniki təmayüllü Lisey fəaliyyət göstərir.
Azərbaycan Memarlıq və İnşaat Universiteti 1920-ci ildə Bakı Dövlət Universitetinin tərkibində "İnşaat" fakültəsi, 1930-34-cü illərdə sərbəst İnşaat İnstitutu, 1934-cü ildən Azərbaycan Sənaye İnustitutunun tərkibində "İnşaat" fakültəsi kimi fəaliyyət göstərmişdir. 1951-ci ildə Azərbaycan Politexnik İnstitutunun yaranması ilə əlaqədar "İnşaat" fakültəsi ora köçürülmüşdür. 1975-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılmışdır. 1992-ci ildən İnstitut Universitet statusu almışdır. 2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılmışdır.
Universitetdə yataqxana, yemekxana, poliklinika, və kitabxana fəaliyyət göstərir.
Universitetdə 5000-dən yuxarı tələbə təhsil alır.
Azərbaycan Memarlıq və İnşaat Universitetində 300 nəfərdən çox müəllim fəaliyyət göstərir ki, bunlardan 50 nəfərdən çoxu elmlər doktoru və professorlar, 100 nəfərdən çoxu isə elmlər namizədidir.
Azərbaycan Memarlıq və İnşaat Universitetində minimum təhsil haqqı 1500-2000 manat təşkil edir.
Comments (87)
Hormetle: Atesh