Hazırda Azərbaycan Kooperasiya Universiteti ölkəmizdə ali təhsil müəssisələri arasında aparıcı yerlərdən birini tutur. Universitetdə gözəl müəllim heyəti çalışır. Bu isə hər il təhsil almaq istəyən bu tələbələrin sayının artmasına səbəb olur. İlk ilində Moskva Kooperasiya İnstitutunun Bakı filialı kimi fəaliyyət göstərən Kooperasiya Universitetində təhsil 2 ixtisas üzrə aparılırdı. Tələbələrin sayı 270 nəfər, professor-müəllim heyətinin sayı isə 12 nəfər idi. Bugün isə təhsil 21 ixtisas üzrə aparılır, tələbələrin sayı 4495 nəfər (onlardan 3494 əyani, 1001 nəfəri isə qiyabi təhsil alır) təşkil edir. Müəllim heyətinin sayı 256 nəfərdir (onlardan 176 nəfərinin elmi adı və dərəcəsi var). Təhsil iki dildə aparılır: azərbaycan və rus dillərində.
Tələbələri universitetə qəbulu Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası əsasında aparılır: Təhsil aşağıdakı pillələr üzrə aparılır:
- Bakalavr - 4 il;
- Magistratura - 2 il;
- Doktorantura - 3 il.

Fakültələr və ixtisaslar

Maliyyə və Mühasibat Uçotu
Mühasibat və audit
Maliyyə və kredit
Beynəlxalq iqtisadi münasibətlər və beynəlxalq ticarət

Büynalxalq iqtisadi münasibətlər və beynəlxalq ticarət
beynəlxalq ticarət
Gömrük İşinin Təşkilatı

İqtisadiyyat və gömrük işinin təşkili
İqtisadi Ticarət və Əməkdaşlıq
idarəetmə

Marketinq
İqtisadiyyatın hüquqi tənzimlənməsi
Dövlət və bələdiyyə idarəetməsi
Vergi işlər idarə edilməsi və təşkili Ekspertiza və Ticarət

Standartlaşdırma və sertifikatlaşdırma
İstehlak mallarının keyfiyyət ekspertizası
Ərzaq məhsullarının əmtəəsi
Qeyri- ərzaq məhsullarının əmtəəsi
Tticarət
Ekologiya və Coğrafiya

Ekologiya
Coğrafiya
Turizm
Pedoqoji fakültə

Xarici dil (İngilis dili)
Riyaziyyat və İnformatika
Tələbələrin tədris və təhsil planı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş dövlət standartları əsasında təşkil olunmuşdur. Hər il universitetin professor-müəllim heyəti yeni tədris - təlim proqramları və dərsliklərdən istifadə edirlər.Bu isə tələbələrin təhsil almaq prosesini asanlaşdırır və təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına imkan yaradır. Universitet fəaliyyəti dövründə Azərbaycan və Rus dillərində 70 artıq kitab və 250 artıq tədris-metodik vəsaitləri dərc etdirib.Hal-hazırda tələbələrin ixtiyarına universitetin Elmi-Metodik Şurasında müzakirədən keçən elektron kitablar da verilir. Tədris-metodik vasitələrin inkişafı ilə yanaşı, müəllim və tələbələrinin elmi-tədqiqat işləri də inkişaf etdir.Hər il tələbələr, magistrlar, aspirantlar və universitetin professorları öz elmi məqalə və monoqrafiyalarını ölkəmizdə və xaricdə nəşr edirlər, həmçinin beynəlxalq elmi-praktik konfranslarda iştirak edirlər. Universitet yaxın və uzaq xarici ölkələrin ali təhsil (MDB, Baltik ölkələri, ABŞ, İran, Türkiyə, və s) müəssisələri ilə əməkdaşlıq edir. Bu universitetlər ilə bağlanmış müqavilələr əsasında elm və təhsilin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə tələbə və müəllim mübadiləsi aparılır. Azərbaycan Kooperasiya Universiteti MDB ölkələrində İstehlak Kooperasiya rektorları Şurasının üzvüdür və onun bütün fəaliyyətində fəal iştirak edir.

Minimal illik təhsil haqqı: 0 AZN
Orta illik təhsil haqqı: 0 AZN
Maksimal illik təhsil haqqı: 0 AZN

Rektor: Zülfiqarov Eldar İslam oğlu
Səhifəni bəyəndin? Dostlarla bölüş!