M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı Аzərbaycan Respublikasının Prezidentinin 15 yanvar 2008-ci il "Bakıda Moskva Dövlət Lomonosov Universitetinin filialının fəaliyyətinin təşkili haqqında" qərarı ilə yaradılmışdır.Hal-hazırda universitetdə 5 fakültə fəaliyyət göstərir.

Fakültələr:
Kimya fakültəsi
Tətbiqi Riyaziyyat fakültəsi
Psixologiya fakültəsi
İqtisadiyyat fakültəsi
Filologiya fakültəsi
Filologiya fakültəsi 2 yerə bölünür:Rus dili və ədəbiyyatı və müasir Qərbi Avropa dil və ədəbiyyat şöbəsi (roman-alman filologiyası)
Filialın tədris fəaliyyəti innovasiya texnologiyaları və tədris metodlarından istifadə etməklə MDU-nun tədris proqramına uyğun olaraq həyata keçirilir. Dərslər əsasən Lomonosov adına Moskva Dövlət Universitetinin professor-müəllim heyəti tərəfindən tədris edilir. Bütün fakültələrinin tələbələrin məcburu fənlər siyahısına Azərbaycan dili və tarixi, filologiya fakültəsində isə Azərbaycan ədəbiyyatı tarixi fənni də daxildir. Tədris dövründə yuxarı kursların fərqlənən tələbələrə ən azı iki semestr M.V.Lomonosov adına MDU-da təhsil almaq imkanı var. Filialın məzunlarına M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin diplomu verilir. Filialda iki laboratoriya fəaliyyət göstərir - kimyəvi, fiziki. Həmçinin müasir avadanlıqlarla təchiz olunmuş iki kompüter otağı və iki linqafon zalı da tələbələrin ixtiyarındadır. Kimya laboratoriyası kimyəvi obyektlərin müasir metodlarla hərtərəfli öyrənilməsi üçün lazım olan son avadanlıqlarla təchiz edilmişdir.Fizika laboratoriyası laboratoriya işilərinin yerinə yetirilməsi üçün düşünülmüş texniki dizayna malik müasir tədris avadanlığı ilə təchiz olunmuşdur. Filialın kitabxanasında 5000 çox elmi, bədii və tədris kitabı vardır. Burada oxu zalı və 20000-dən çox elektron versiyası olan elektron kitabxana, eləcə də M.F.Axundov adına Milli Kitabxanaya çıxışı olan oxu otağ var. Fəaliyyəti dövründə filial bir çox tanınmış xarici elmi və tədqiqat mərkəzləri ilə elmi əlaqələr yaradılmışdır. Hal-hazırda birgə tədqiqatlar da aparıır. Məsələn, filialın tələbələri Hayfa Universiteti (İsrail) ilə birlikdə riyazi qabiliyyətlərini müəyyən etmək və inkişaf etdirmək məqsədi ilə beynəlxalq layihənin yerinə yetirilməsində iştirak edir. Layihədə həmçinin Rusiya, Hindistan, Rumuniya, Yunanıstan, Türkiyə, ABŞ, Kanada, və s. universitetlər iştirak edir. Pier və Mariya Küri adına Paris universiteti, Kagliari Universiteti (İtaliya), Rusiya Elmlər Akademiyasının Kimya Silikatlar İnistitutu ,Belarus Milli Elmlər Akademiyasının Fizika İnstitutu ilə birgə yarımkeçirici birləşmələrin optik və lüminessensiya xassələri haqqında tədqiqat aparmışdır.

Minimal illik təhsil haqqı: 0 AZN
Orta illik təhsil haqqı: 0 AZN
Maksimal illik təhsil haqqı: 0 AZN

Rektor: Paşayeva Nərgiz Arif qızı
Səhifəni bəyəndin? Dostlarla bölüş!