Universitetdə 1500 tələbə bakalavr , 100 tələbə magistr təhsili alır. Onların hazırlanmasında 150-dən çox professor-müəllim heyəti və eləcə də texniki və yardımçı işçi heyət çalışır. Elmin əsas istiqamətləri üzrə doktorantura pilləsi də fəaliyyət göstərir.Universitetdə mütəmadi olaraq milli və beynəlxalq əhəmiyyətli konfransların təşkil edilir, elmi seminarlar, diskussiyalar, debatlar keçirilir, idman oyunları, elm, mədəniyyət və incəsənət xadimləri ilə görüşlər keçirilir.Universitet mühüm mədəni və sosial-siyasi hadisələrin təşəbbüskarı və fəal iştirakçısıdır.Universitet Avropa və Asiyada 100 ən yaxşı universitetlə sıx əməkdaşlıq edərək Avrasiya ölkələri Universitetləri Assosiasiyasının, Xəzəryanı ölkələrin Universitetləri Assosiasiyasının və Türkdilli Ölkələrin Universitetləri Assosiasiyasının üzvüdür . Universitetdə respublikanın bütün regionlarından və xaricdən gələn gənclər təhsil alır.

Universitetdə 4 fakültə var:


1. Təbiyyət elmləri
2. Humanitar və pedaqoji elmlər
3. İqtisadiyyat və idarəetmə
4. Əlavə, qiyabi və distant təhsil 

Universitetdə 11 kafedra, 1 problem elmi-tədqiqat laboratoriyası, 14 tədris laboratoriyası və mərkəzləri fəaliyyət göstərir:

Təbiyyət elmləri fakültəsində aşağıdakı kafedralar fəaliyyət göstərir:
• Fizika, riyaziyyat və informatika, 
• Coğrafiya və ekologiya,
• Kimya və biologiya, 
• Pedaqogika, psixologiya və fiziki tərbiyə 

Fakültədə aşağıdakı ixtisasları üzrə mütəxəssislər hazırlanır :

-Riyaziyyat və informatika müəllimliyi
-Kimya və biologiya müəllimliyi
-Coğrafiya müəllimliyi
-Ekologiya mühəndisi



Humanitar və pedaqoji elmlər fakültəsində aşağıdakı kafedralar fəaliyyət göstərir:
• Dil və ədəbiyyat, 
• Tarix və fəlsəfə, 
• Xarici dillər 
• Pedaqoqika və psixologiya

Fakültədə aşağıdakı ixtisasları üzrə mütəxəssislər hazırlanır:
-Azərbaycan dili və ədəbiyyatı müəllimliyi -Tarix müəllimliyi -İngilis dili və ədəbiyyatı müəllimliyi -Alman dili və ədəbiyyatı müəllimliyi -Fransız dili və ədəbiyyatı müəllimliyi -Tərcümə

İqtisadiyyat və idarəetmə fakültəsində aşağıdakı kafedralar fəaliyyət göstərir:
• İqtisadi informatika və ekologiya,
• İqtisadiyyat və aqrotexnologiya, 
• İqtisadi təhlil və idarəetmə 

Fakültədə aşağıdakı ixtisasları üzrə mütəxəssislər hazırlanır:
-Gömrük işinin təşkili -Biznesin təşkili və idarə olunması -İqtisadiyyat -Ekologiya -İqtisadiyyatın hüquqi tənzimlənməsi -İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə olunması

Əlavə, qiyabi və distant təhsil fakültəsində əsasən aşağıdakı istiqamətlərlə üzrə mütəxəssislər hazırlanır:
-Kadrların ixtisaslarının artırılması -Kadrların yenidən hazırlanması -Müxtəlif proqramlar üzrə təhsil kursları -Qiyabi və distant təhsil

Minimal illik təhsil haqqı: 0 AZN
Orta illik təhsil haqqı: 0 AZN
Maksimal illik təhsil haqqı: 0 AZN

Rektor: Asəf Daşdəmir oğlu İsgəndərov
Səhifəni bəyəndin? Dostlarla bölüş!