Azərbaycan Dövlət Dəniz Akademiyası respublikamızın ticarət gəmilərində işləmək üçün yüksək ixtisaslı kadrlar hazırlayan yeganə ali məktəbdir. Yüksək ixtisaslı kadrlar akademiyanın on iki kafedrasında hazırlanır.

Akademiyanın tərkibində siravi heyət hazırlayan Dənizçilik məktəbi də mövcuddur.

ADDA-nın kafedralarında 86 nəfər çalışır. Professor-müəllim heyəti: 1 akademik, 9 elmlər doktoru və dosent, 29 baş müəllim, 21 assistent. Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının üzvü olduğuna və onun bütün konvensiyalarına əməl etdiyinə görə Akademiyada kadrların hazırlanması təşkilatın tələblərinə uyğun aparılır.

Beynəlxalq Dəniz Təşkilatının kataloqunda ADDA 012 nömrəsi altında qeyd edilib. Ali məktəbin diplomu beynəlxalq səviyyədə tanınır. 2002-ci ildən Akademiya mütəxəssislər hazırlanması üzrə Beynəlxalq standart İSO sertifikatına malikdir.

Azərbaycan Dəniz Akademiyası Azərbaycan Respublikasının təhsilində qabaqcıl sahələrin flaqmanıdır.

ADDA müasir elmi-tədqiqat bazasına və avadanlıqlarına malikdir:

gəmi avtomatikası elmi-sənaye bazası; Trenajorlar "Radar", "Naviqasiya", "Debarkader" təlim mərkəzi; "Rəsul Rza" tədris gəmisi; 4 elmi-tədqiqat laboratoriyası.

Akademiyada hər il elmi-praktiki konfranslar, o cümlədən elmi-tədqiqatların müzakirəsi üzrə respublika konfransları keçirilir.

Akademiyada təhsil prossesi Bakı gəmiçilik rəhbərliyinin diqqət mərkəzindədir. Bu, elm və istehsal arasında əlaqəni həyata keçirməyə imkan verir.

Mütəxəssislərin hazırlanması üçün elmi-texniki kitabxana mövcuddur. Kitabxanada 80 minə yaxın elmi və bədii ədəbiyyat var.

Müəllimlər və tələbələr üçün bütün şərtlər yaradılıb: poliklinika, yeməkxana, Bakının mərkəzində yataxana.

 

Minimal illik təhsil haqqı: 0 AZN
Orta illik təhsil haqqı: 0 AZN
Maksimal illik təhsil haqqı: 0 AZN

Rektor: R.C.Bəşirov
Səhifəni bəyəndin? Dostlarla bölüş!