Naxçıvan Dövlət Universiteti - Naxçıvan Muxtar Respublikasının elm, təhsil, mədəniyyət mərkəzidir.
Universitetində 42 ixtisas üzrə 4000 tələbə təhsil alır.Universitetin 10 fakültəsində arasında azı 2 akademik, 5 müxbir üzv, 22 professor və elmlər doktoru, 140 dosent və elmlər namizədi olmaqla 346 müəllim fəaliyyət göstərir.Universiteti filologiya elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü rektor İ.Ə. Həbibbəyli idarə edir.

Universitetin sahəsi 108 hektardır. Bura 18 tədris binası, kitabxana, universitet xəstəxanası, konservatoriya , qapalı olimpiya tipli idman zalı, futbol meydançası, mini-futbol üçün meydança, nəbatat bağı, müxtəlif muzeylər daxildir.

Çoxsaylı laboratoriyalar, tədris otaqları, kompüter auditoriyaları tədris prosesinin yüksək səviyyədə keçməsinə kömək olur.

Jurnalistika fakültəsinin bazasında Naxçıvan Dövlət Universitetinin televiziyası fəaliyyət göstərir. Televiziya 3 km radiusa kimi yayınlanır və tələbələri üçün müxtəlif təhsil proqramlar hazırlayır.

Minimal illik təhsil haqqı: 0 AZN
Orta illik təhsil haqqı: 0 AZN
Maksimal illik təhsil haqqı: 0 AZN

Rektor: Həbibbəyli İsa Əkbər oğlu
Səhifəni bəyəndin? Dostlarla bölüş!