Bu institut fəaliyyətə 1991-ci ildə Azərbaycan Dövlət Neft ademiyasının filialı kimi başlamışdır. 2 il sonra Nazirlər Kabinetinin 427 say1ı 1993-cü il 04 avqust tarixli qərarı ilə Mingəçevir Politexnik İnstitutu adlandırılmışdır. İnstitutda aşağıdakı sahələr üzrə mütəxəssislər hazırlanır: iqtisadiyyatın idarə edilməsi, dövlət və bələdiyyə idarəetməsi, istilik və elektrik stansiyalarının idarə edilməsi, maşınqayırma texnologiyası, avtomobil və traktor, nəqliyyat vasitələrinin texniki istismarı , yol hərəkətinin təşkili, kabellərin elektroizolyasiyası və kondensatorlar texnikası, informasiya və avtomatlaşdırılmış idarəetmə sistemlərinin inkişaf etdirilməsi, nəqliyyat vasitələrinin təmiri və saxlanılması. 
Günümüzdə institutun tələbələrin sayı 1210 nəfərdir. Onlardan 1200 nəfər bakalavr və 10 nəfər magistr təhsili alır. İnstitutun əməkdaşlarının sayı 150 nəfərdir. Onlardan 52 nəfəri elmlər namizədi və ya elmlər doktorudur .İnstitutda geniş auditoriyalar, laboratoriyalar, tələbə yeməkxanası, kitabxana, oxu zalı, idman zalı, akt zalı, idman meydançası və digər obyektlər var.

Minimal illik təhsil haqqı: 0 AZN
Orta illik təhsil haqqı: 0 AZN
Maksimal illik təhsil haqqı: 0 AZN

Rektor: Hacıyev Arif
Səhifəni bəyəndin? Dostlarla bölüş!