Azərbaycan Əmək və Sоsiаl Münаsibətlər Аkаdеmiyаsı 2006-cı ildə Bakıda yaradılıb. Akademiyada iki fakültə fəaliyyət göstərir: iqtisadiyyat və inzibati idarəetmə fakültəsi və maliyyə fakültəsi. Fakültələrdə tələbələr bu ixtisaslar üzrə təhsil alır: iqtisadiyyat, maliyyə, mühasibat uçotu və audit,  İqtisadiyyatın hüquqi tənzimlənməsi, Dövlət və bələdiyyə idarəetməsi. AƏSMA-da dörd kafedra fəaliyyət göstərir: maliyyə, sosial əməkdaşlıq və həmkarlar ittifaqı hərəkatı, ümumi riyaziyyat və təbiət elmləri fənləri və ümumi humanitar və sosial fənlər.

Azərbaycan Əmək və Sоsiаl Münаsibətlər Аkаdеmiyаsında dərslər ənənəvi olaraq aparılır. Tələbələr seminarlara və mühazirələrə gedir, müəllimlər mütəmadi olaraq praktiki məşğələlər keçirirlər. Bu məşğələlər iştirakçılara istehsalat təcrübəsi verir. Tələbələrə kömək olaraq kitabxana və internetə çıxışı olan kompüter otağı təqdim edilir.
Hal-hazırda akademiyada 600-dən çox tələbə təhsil alır, 57-dən artıq müəllim çalışır ki. onlardan beşi elmlər doktoru və professor, 31-i elmlər namizədidir.

 

Minimal illik təhsil haqqı: 0 AZN
Orta illik təhsil haqqı: 0 AZN
Maksimal illik təhsil haqqı: 0 AZN

Rektor: Qaraşov Hüseyin Tapdıq oğlu
Səhifəni bəyəndin? Dostlarla bölüş!