Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin 1999-cu ilin 3 yanvarında imzaladığı ilin ilk fərmanı respublikada dövlətçiliyin, elm və təhsilin inkişafı üçün çox əhəmiyyətli bir sənəd oldu. Həmin tarixdən ölkənin və dövlətçiliyin inkişafı və möhkəmlənməsi üçün zəruri sayılan yeni elm və təhsil ocağı yaradıldı. Bu təhsil ocağı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) adlandırıldı.
Respublikada dövlət idarəçiliyi sahəsində yeganə təhsil ocağı olan Akademiyanın adından da göründüyü kimi, vəzifəsi demokratik, müstəqil Azərbaycan dövləti üçün gənclərdən ibarət dövlət strukturlarını dövrün, zamanın tələbləri səviyyəsində idarə edə biləcək mütəxəssis kadrlar hazırlamaq, həmçinin mövcud kadrların, dövlət məmurlarının ixtisasının artırılmasından ibarətdir.

Minimal illik təhsil haqqı: 0 AZN
Orta illik təhsil haqqı: 0 AZN
Maksimal illik təhsil haqqı: 0 AZN

Rektor: Urxan Kazım oğlu Ələkbərov
Səhifəni bəyəndin? Dostlarla bölüş!