Azərbaycan Texniki Universiteti ölkəmizin aparıcı ali təhsil ocaqlarından biri olaraq 1950-ci ildən fəaliyyət göstərir və müasir tələblərə uyğun bakalavr və magistr hazırlığı üçün güclü professor-müəllim heyətinə və müvafiq maddi-texniki bazaya malikdir. Azərbaycan Texniki Universitetində 10.000-nə yaxın tələbə təhsil alır. Hazırda universitetdə elm və texnikanın müxtəlif sahələrini əhatə edən 26 istiqamətdə 70 ixtisas üzrə yüksək səviyyəli mütəxəssis və elmi kadrlar hazırlanır. Universitetdə "Nəqliyyat","Elektrotexnika və energetika","Radiotexnika və rabitə", "Metallurgiya" ,"Maşınqayırma", "Avtomatika və Komputer texnikası", "Texnoloji maşınlar" və "Mühəndis biznesi və menecment" fakültələri fəaliyyət göstərir. Bu fakültələrdə əyani və qiyabi formada 6000-dək tələbə təhsil alır. Onlardan 300 nəfərə qədəri xarici vətəndaşlardır. Universitetin 46 kafedrasında 600-dək professor-müəllim heyəti, o cümlədən 70 nəfərədək elmlər doktoru, professor, 400-dək elmlər namizədi, dosent çalışır.
Universitetdə elmin müxtəlif istiqamətləri üzrə alimlik dərəcəsi verən ixtisaslaşdırılmış Elmi Şuralar fəaliyyət göstərir. Universitetin elmi nəaliyyətləri "Elmi əsərlər" adlı jurnalda çap olunur. 700 mindən artıq kitab fonduna malik olan Universitet kitabxanası və internetlə təchiz olunmuş oxu zalları tələbələrə və əməkdaşlara xidmət göstərir. Həmçinin universitetdə özünəməxsus yemekxana və poliklinika fəaliyyət göstərir.
Boloniya prosesinə qoşulması və çoxpilləli təhsil sisteminə keçilməsi ilə əlaqədar Universitet ABŞ-ın, Hollandiyanın, Almaniyanın, Türkiyənin, Rusiyanın və başqa ölkələrin qabaqcıl Universitetləri və elmi mərkəzləri ilə sıx əlaqələr qurmuş və əməkdaşlığı daim genişləndirir. Ümumavropa təhsil layihələrində (TEMPUS, TACİS və s.) Universitetin əməkdaşları fəal iştirak edirlər.
Universitetin kafedraları kompüter avadanlığı və ixtisaslaşmış laboratoriyalarla təchiz olunmuşdur. Texnikanın müasir sahələri üzrə tələbələrin hazırlanması və ixtisasların artırılması məqsədilə xüsusi tədris mərkəzləri yaradılmışdır.
Universitetdə müasir idman sarayı, tələbə şəhərciyi və tələbə-istirahət düşərgəsi fəaliyyət göstərir. Universitet öz imkanlarından istifadə edərək ölkəmizin sosial və iqtisadi problemlərinin həllində yaxından iştirak edir.

Minimal illik təhsil haqqı: 0 AZN
Orta illik təhsil haqqı: 0 AZN
Maksimal illik təhsil haqqı: 0 AZN

Rektor: Yahudov Xaliq Məcid oğlu
Səhifəni bəyəndin? Dostlarla bölüş!