Qərb Universiteti Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən rəsmi qeydiyyatdan keçmiş özəl universitetdir. 1991-ci ildə təsis olunmuş universitet Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən birinə çevrilmişdir. Təhsil sektorunun özü haqqında qüclü müsbət rəy qazanmış Qərb Universiteti tələbələrə qeniş çeşiddə ixtisaslar üzrə təhsil verir. Universitetin qəbul şərtləri özəl ali təhsil müəssisləri arasında ən yüksək olanlardan biridir. Qərb Universiteti Azərbaycanın iqtisadi, ictimai və siyasi inkişafı prosesinə iqtisadi keçid və ondan sonrakı dövrdə respublikanın ehtiyaclarını ödəyə bilən mütəxəssislər hazırlamaqla yardım edəcək bir ali təhsil müəssisəsi yaratmaq məqsədilə təsis edilmişdir.

Qərb Universiteti 1996-ci ildən İdarəçiliyin İnkişafı üzrə Avropa Fondunun üzvüdür. Həmçinin o, 1992-ci ildən YUNESKO nəzdindəki Beynəlxalq Universitetlər Assosiasiyasının, 1999-cu ildən Qara Dəniz Ölkələri Universitetlər şəbəkəsinin və 2001-ci ildən Beynəlxalq İnzibati Elmlər İnstitutunun üzvüdür.

Minimal illik təhsil haqqı: 0 AZN
Orta illik təhsil haqqı: 0 AZN
Maksimal illik təhsil haqqı: 0 AZN

Rektor: Zenfira Məmmədova
Səhifəni bəyəndin? Dostlarla bölüş!