Azərbaycan Dövlət Neft Akademiyası neftçıxarma, neft yataqları kəşfiyyatı, neftçıxarma və qara neftlə əlaqəli digər ixtisaslar üzrə mütəxəssis hazırlayan aparıcı ali məktəbdir. Akademiyada müxtəlif ölkələrdən tələbələr təhsil alır.

Balonya sisteminə keçən təhsil müəssisəsi üç pilləli təhsil sistemi həyata keçirir (bakalavr, magistratura, doktorantura). Təhsil Avropa kredit transfer sistemi əsasında aparılır. Təhsil forması 2 şəkildədir: əyani və qiyabi. Dərslər Azərbaycan, Rus və İngilis (xarici universitetlərlə birgə proqram üzrə) dillərində keçirilir.

Hal-hazırda bakalavr səviyyəsində 7 ixtisaslaşmış fakültədə 31 ixtisas üzrə yüksək ixtisaslı kadrlar hazırlanır.

  1. Geologiya mühəndisliyi
  2. Hidrogeologiya mühəndisliy
  3. Geofizika mühəndisliyi
  4. Dağ-mədən mühəndisliyi
  5. Neft-qaz mədən işi
  6. Neft-qaz qurğuları mühəndisliyi
  7. Kimya texnologiyası
  8. Ekologiya
  9. Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi
  10. Materialşünaslıq mühəndisliyi
  11. Energetika maşın və avadanlıq e'malı sənayesi
  12. Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
  13. Mexanika
  14. Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi
  15. Elektroenergetika
  16. İstilik energetikası mühəndisliyi
  17. Elektrotexnika
  18. Cihazqayırma mühəndisliyi
  19. Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi
  20. Proseslərin avtomatlaşdırılması mühəndisliyi
  21. Mexatronika və robototexnika mühəndisliyi
  22. Kompüter texnikası
  23. İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
  24. Metrologiya, standartlaşdırma və sertifikasiya
  25. Biotibbi texnologiya mühəndisliyi.
  26. Kompüter elmləri
  27. Dünya iqtisadiyyatı
  28. Sənayenin təşkili və idarə olunması
  29. Menecment
  30. Marketinq
  31. Biznesin idarə olunması

   Magistratura təhsili 74-cü  ixtisas üzrə aparılır. Yüksək ixtisaslı elmi kadrlar hazırlanması üçün ADNA-da doktorantura şöbəsi fəaliyyət göstərir.

  ADNA-nın kafedra və elmi- tədqiqat laboratoriyalarında Azərbaycan və digər ölkələrin iqtisadiyyatı üçün vacib olan 9 istiqamətdə 52 mövzu üzrə araşdırmalar aparılır.

Minimal illik təhsil haqqı: 0 AZN
Orta illik təhsil haqqı: 0 AZN
Maksimal illik təhsil haqqı: 0 AZN

Rektor: Qarayev Siyavuş Fərhad oğlu
Səhifəni bəyəndin? Dostlarla bölüş!