Azərbaycan Pedaqoji Kadrlar İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutu bazasında Azərbaycan Müəllimlər İnstitutu və onun 12 bölgədə (Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Qazax, Şamaxı, Quba, Salyan, Cəlilabad, Ağcabədi, Şəki, Zaqatala şəhərlərində) filialı və Lənkəran tədris-məsləhət məntəqəsi yaradılmışdır. Qısa müddətdən sonra Naxçıvan filialı müstəqil Müəllimlər İnstitutuna çevrilmişdir. Azərbaycan Müəllimlər Institutunun (AMİ-nin) və onun filiallarının funksiyalarına aşağıdakı sahələr daxildir:
1. Pedaqoji Kadrların ilkin hazırlığı (bakalavr təhsil pilləsi).
2. Pedaqoji Kadrların ixtisasının artırılması.
3. Pedaqoji Kadrların yenidən hazırlanması.
4. Müəllimlərin təkmilləşdirilməsi.
Bundan əlavə hazırda baza instiututunda təhsilin magistratura pilləsi üzrə də pedaqoji kadrlar hazırlığı həyata keçirilir. Institutda 4 fakültə (Ibtidai təhsilin pedaqogika və metodikası, məktəbəqədər təhsilin pedaqogika və metodikası, yenidənhazırlanma, ixtisasartırma və təkmilləşmə), 12 kafedra (Pedaqogika, Psixologiya, Azərbaycan dili, ədəbiyyatı və tədrisi metodikası, Təbiət fənləri və tədrisi metodikası, Riyaziyyat və tədrisi metodikası, İctimai fənlər, İnformatika, İnformasiya texnologiyaları və tədrisi metodikası, Təhsilin idarə edilməsi, Əmək və peşə təlimi, İbtidai və məktəbəqədər təhsilin metodikası, Mülki müdafiə, Tibbi biliklərin əsasları və bədən tərbiyəsi, Xarici dillər), 9 kabinet (Pedaqoji kadrlara metodik xidmət və filiallarla iş, Müasir təlim metodları və distant təhsil, xarici əlaqələr, ictimai fənlər, psixoloji xidmət, təbiət fənləri, əmək və peşə təlimi, informatika, kommunikasiya texnologiyaları, yaşlıların təhsili kabinetləri), iki mərəkz (tədris-metodik və əlavə təhsilə tələbatın öyrənilməsi mərkəzləri), fundamental kitabxana, kompüter mərkəzləri və s. fəaliyyət göstərirlər.
Yalnız baza instiututunda 260 nəfər əməkdaş, o cümlədən 119 nəfər professor müəllim heyyəti çalışır. İnstitutun 11 filialında 20-dən artıq fakültə, 40-a qədər kafedra, 32 metodik kabinetlər, 12 laboratoriya, kompüter mərkəzləri, kitabxanalar fəaliyyət göstərirlər. Ümumilikdə filiallarda 1079 nəfər əməkdaq, o cümlədən 533 nəfər professor müəllim heyyəti çalışır.
İnstitut respublikada fasiləsiz təhsil sisteminə daxil olan təhsil müəssisələrinin pedaqoji kadrları və mütəxəssisləri üçün ixtisasartırma və yenidənhazırlanma təhsili üzrə elmi və tədris-metodik mərkəzə çevrilmişdir.
İnstitutda iki istiqamətdə elmi-tədqiqat işləri aparılır:
Fundamental tədqiqatlar
- Təhsil, tərbiyə, mənəviyyat, mənəvi və idarəçilik mədəniyyəti haqqında Heydər Əliyevin ideya-nəzəri irsinin öyrənilməsi;
- Uşaqlar, yeniyetmələr, gənclər: dünyanın mənimsənilməsi (dərk olunması) və şəxsiyyətin təşəkkülü;
- Şagirdlərin və tələbələrin tərbiyəsinin başlıca istiqamətləri və müasir metodları: metodologiya, metodika, dünyagörüşü və dəyərlər oriyentasiyası məsələləri.

Tətbiqi tədqiqatlar
- Fasiləsiz təhsil: təşkili, idarə edilməsinin optimal modelləri və sosial problemləri;
- Təhsil sahəsində Islahat Proqramın tələbləri ilə əlaqədar fənlərin tədrisinin müasir texnologiyaları, optimal metodikalarının işlənib hazırlanması və tətbiqi.

Minimal illik təhsil haqqı: 0 AZN
Orta illik təhsil haqqı: 0 AZN
Maksimal illik təhsil haqqı: 0 AZN

Rektor: Aqiyə Naxçıvanlı
Səhifəni bəyəndin? Dostlarla bölüş!