Azərbaycanda kənd təsərrüfatı təhsilinin təşkili fikri hələ XIX əsrin sonlarında meydana gəlmişdi. Bu mütərəqqi ideya ilk öncə məşhur “Əkinçi” qəzetinin yaradıcısı Həsən bəy Zərdabidən gəlmişdir. Onun “Torpaq, su və hava”, “Barama qurdunun saxlanması” adlı əsərləri xüsusi maraqla qarşılandı. Bu təsirlər altında Nəcəf bəy Vəzirov o zaman Moskvada Petrovsk-Razumovski adına Meşə Təsərrüfatı Akademiyasını bitirərək kənd təsərrüfatı üzrə ilk diplomlu mütəxəssis kimi doğma yurduna qayıtdı.

1918-ci ilin may ayında Şərqdə ilk müstəqil müsəlman respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən kənd təsərrüfatının inkişafına, ölkənin aqrar bölümü üçün mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirilirdi.

1920-ci il dekabrın 14-də Bakı şəhərində Azərbaycan Politexnik İnstitutunun nəzdində kənd təsərrüfatı fakültəsi yaradılmaqla Azərbaycanda ali kənd təsərrüfatı təhsili üzrə mütəxəssis hazırlığına başlanılmışdır.

1920-ci il dekabrın 16-da fakültənin Elmi Şurasının ilk yığıncağı keçirilir. Dekabrın 18-də Elmi Şuranın növbədənkənar yığıncağında fakültə dekanları, digər bölmə rəhbərləri təyin edilir.

1921-ci ilin yanvarında fakültəyə ilk dəfə cəmi 24 nəfər qəbul edilmiş, yanvarın 2-də fakültədə ilk zənglə birinci dərs başlanılmışdır. 1921-ci ilin sentyabrında fakültəyə 78 nəfər tələbə qəbul edilmişdir.

Fakültənin nəzdində botanika, zoologiya, kənd təsərrüfatı maşınları, kənd təsərrüfatı heyvanlarının anatomiyası və fiziologiyası, meteorologiya, torpaqşünaslıq və ümumi əkinçilik kafedraları yaradılmışdı. 1922-ci ilin əvvəllərində Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə fakültəyə tədris-təcrübə təsərrüfatı yaratmaq üçün Qusarda keçmiş Bakı gimnaziyasının tərkibində 4 hektar əkin yeri ayrılır. Bu torpaqların təcrübə və elmi işlərin aparılması üçün çox da yararlı olmaması, həmçinin burada lazımi şəraitin yaradılmaması tədris-təcrübə təsərrüfatının ləğvinə səbəb olur. Amma, 1925-ci ildə Azərbaycan SSR Xalq Torpaq Komissariatı yeni təsərrüfat üçün keçmiş Göyçay qəzasında 2 min hektardan ibarət bir sahə (Ərəb Mehdibəy sahəsi) ayırır.

Minimal illik təhsil haqqı: 0 AZN
Orta illik təhsil haqqı: 0 AZN
Maksimal illik təhsil haqqı: 0 AZN

Rektor: Mirdamed Mirsadiq oğlu Sadıqov
Səhifəni bəyəndin? Dostlarla bölüş!