Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Azərbaycanda mədəniyyət və incəsənətin əksər sahələrində yüksək səviyyəli mütəxəssis hazırlayan, geniş yaradıcılıq imkanlarına, elmi-metodiki bazaya malik olan yeganə ali təhsil müəssisəsidir.

Hazırda ADMİU-da 7 fakültə,hazırlıq şöbəsi və təkmilləşdirmə dekanlığı var. ADMİU 31 kafedrası, eləcə də əsaslı kitabxanası, geniş bədii və texniki imkanlara malik Tədris teatrı, Kino və televiziya pavilyonu, kompüter mərkəzi, kino zalı, müasir avadanlıqla təhciz edilmiş nəşriyyat-poliqrafiya mərkəzi, idman klubu və bir çox digər qurumları olan ali təhsil ocağına çevrilmişdir. Gənclər burada aktyor, rejissor, kino və televiziya operatoru, menecer, müğənni, teatrşünas, kinoşünas, nəşriyyat-poliqrafiya işçisi, beynəlxalq mədəni əlaqələr üzrə ekspert və digər ixtisaslara yiyələnir.

ADMİU-da müxtəlif xarici ölkələrdən gəlmiş çoxlu sayda əcnəbi tələbə də təhsil alır. ADMİU-nun əsas inzibati və tədris korpusları Bakı şəhəri, İnşaatçılar prospekti 9 ünvanında yerləşir. Bundan başqa ADMİU-nun şəhərin müxtəlif rayonlarında ayrı-ayrı tədris korpusları, nəşriyyat-poliqrafiya mərkəzi,Tədris teatrı,yataqxanası və digər strukturları vardır.

Fakültə aşağıdakı ixtisaslar üzrə kadr hazırlayır:

Bakalavr pilləsində:

- Beynəlxalq münasibətlər
- Menecment
- Muzey işi və abidələrin mühafizəsi
- Turizm və otelçilik
- Kulturoloq

 Magistr pilləsində:

- Mədəniyyətşünaslıq
- Muzeyşünaslıq
- Beynəlxalq mədəni münasibətlər

Fakültənin nəzdində müasir avdanlıq ilə təchiz edilmiş kompüter mərkəzi, metodiki kabinələr və laboratoriyalar fəaliyyət göstərir.
Fakültənin ali orqanı Fakültə Emi Şurasıdır.

* * *

Aktyor sənəti fakültəsi

Aktyor sənəti fakültəsi ADMİU-nun tarixən ilk yaradılmış fakültələrindəndir. Hələ 1923-cü ildə Bakida açılmış teatr məktəbində eyni adlı fakültə fəaliyyət göstərirdi. 1945-ci ildə bu fakültə yeni yaradılmış teatr institutunun əsas fakültəsinə çevrildi. Yaradıcılıq ənənələri ADMİU-nun yaradıcılıq salnaməsi ilə sıx bağlı olan Aktyor sənəti fakültəsi (1923-1992) bir müddət Teatr və kino sənəti fakültəsi (1992-2002) adlanmiş, 2002-ci ildən sonra isə Aktyor sənəti fakültəsi adını daşıyır. Fakültədə altı kafedra fəaliyyət göstərir.

- Səhnə danışığı;
- Aktyor və rejissor sənəti
- Vokal
- Musiqili teatr sənəti
- Xoreoqrafiya sənəti və səhnə plastikası;
- Estrada sənəti;
- Bədən tərbiyəsi və idman.

Fakültə aşağıdakı ixtisalar üzrə kadr hazırlayır:
Bakalavr pilləsində:

- Dram teatrı və kino aktyoru;
- Musiqili teatr aktyoru;
- Estrada aktyoru;
- Xareoqafiqa sənəti

Magistr pilləsində:

- Aktyor sənəti;
- Xoreoqrafiya sənəti

Aktyor sənəti fakültəsi nəzdində universitetin klubu və akt zalı fəaliyyət göstərir. Burada tələbə elmi konfransları, seminarlar, müxtəlif bədii tədbirlər və konsertlər keçirilir. Universitet klubu səhnəsində müəllim və tələbələrin yaradıcılıq – plan işləri, diplom tamaşaları göstərilir.
Aktyor sənəti fakültəsində universitetin kompüter mərkəzi fəaliyyət göstərir.
Aktyor sənəti fakültəsi onun inzibati, pedaqoji və yaradıcılıq – plan işlərini koordinasiya edən elmi şuraya və bədii şuraya malikdir.

* * *

Rejissor sənəti fakültəsi

Rejissor sənəti fakültəsi ADMİU-nun rejissorluq və operatorluq ixtisaslarını birləşdirir. Fakültə əvvəllər Bədii yaradıcılıq fakültəsi
adlanmışdır. 2001-ci ildən etibarən Rejissor sənəti fakültəsi
adlanır. Rejissor sənəti fakültəsi dörd kafedradan ibarətdir.

- Teatr rejissorluğu
- Kütləvi tədbirlər və tamaşalar rejissorluğu;
- Televiziya rejissoru
- Kino rejissoru

Fakültə aşağıdakı ixtisalar üzrə kadr hazırlayır:

Bakalavr pilləsində:

- Teatr kollektivinin rejissoru
- Kütləvi tədbirlər və tamaşalar rejissoru
- Dram rejissoru
- Televiziya rejissoru
- Kino rejissoru
- Estrada rejissoru
- Musiqili teatr rejissoru
- Operator sənəti

Magistr pilləsində:

- Kütləvi tədbirlər və tamaşalar rejissoru
- Teatr rejissoru
- Kino rejissoru

Fakültədə müəllimlərin, məzunların və tələbələrin yaradıcılıq işlərinin qorunub saxlandığı tədris kino arxivi vardır. Kino arxiv hər il 50-dən yuxarı yeni bədii, sənədli və tədris filmi qəbul edir.
Rejissor sənəti fakültəsi həmçinin müasir avadanlıqla təchiz edilmiş foto- kinolaboratoriyaya malikdir.
Fakültənin ali inzibati – struktur orqanı fakültə elmi şurasıdır.

***

Sənətşünaslıq fakültəsi

Bu fakültə ADMİU- nun çoxprofilli nəzəri fakültələrindən biridir.
Fakültə 1991 –ci ildə Teatrşünaslıq fakültəsi zəminində təşkil edilmişdir.
Fakültə altı kafedranı özündə birləşdirir:

- Teatrşünaslıq
- Kinoşünaslıq
- Ədəbiyyat və Azərbaycan dili
- Bədii yaradıcılıq

Xarici dillər

-Sosial-siyasi elmlər

Fakültə aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlayır:

Bakalavr Pilləsində

-Teatrşünaslıq;
-Kinoşünaslıq;
-Jurnalistika (televiziya və kino jurnalistikası)
-Ədəbi yaradıcılıq və ekran dramaturgiyası
-Kitabşünaslıq

Magistr pilləsində

-Teatrşünaslıq
-Kinoşünaslıq
-Ədəbi yaradıcılıq və ekran dramaturgiyası
-Kitabşünaslıq

Sənətşünaslıq fakültəsində müəllim və tələbələrin yaradıcı – plan işlərinə baxış keçirmək üçün xüsusi olaraq tədris kinozalı yaradılmışdır.Baxışdan sonra kinozalda filmin müzakirəsi keçirilir. Burada həmçinin kinoproyeksiya avadanlığı otağı və kinoarxiv vardir.

Musiqi sənəti fakültəsi

Musiqi sənəti ADMİU – da zəngin ənənələrə malikdir . Hazırkı musiqi fakültəsi 2001 – ci ildə yaradılmışdır. Fakültə beş kafedranı özündə birləşdirir.

- Musiqişünaslıq
- Musiqi fənləri və dirijorluq
- İnstrumental ifaçılıq

- Muğam sənəti

- Estrada və populyar musiqi

Fakültə aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlayır:

Bakalavr pilləsində
-Bəstəkarlıq
-Dirijorluq
- Solo oxuma
- Xalq çalğı alətləri ifaçılığı
- İnsturimental ifaçılıq
- Aşıq sənəti
- Estrada müğənnisi
- Musiqişünaslıq

Magistr pilləsində

- Musiqişünaslıq;
- İnstrumental ifaçılıq ( xalq çalğı alətləri ) ;
- Solo oxuma;
- Xalq çalğı alətləri dirijoru;

Musiqi sənəti fakültəsi nəzdnində ansabl və xalq çalğı alətləri orkestri yaradılmışdır. Ansambl və orkestr respublika miqyasında keçirilən bir çox tədbirlərdə iştirak edir.
Fakültənin ali qanunverici orqanı fakültə elmi şurasıdır.

Rəssamliq fakültəsi

Hazırki Rəssamlıq fakültəsinin nisbətən yaxın keçmişdə təşkil edilməsinə baxmayaraq ADMİU-da rəssamliq ixtisasları, eləcə də təsviri incəsənət tarixinin tədris edilməsi zəngin ənənələrə malikdir. Bu ənənələrin əsası ötən əsrin 60-cı illərindən başlanır. O dövrdə Nazirlər Kabinetinin əmri ilə o zamankı M. A. Əliyev adına İncəsənət İnstitutunda rəssamlıq fakültəsi yaradılmışdı. Sonrakı illərdə Rəssamliq fakültəsi sürətlə inkişaf etmiş, onun material – texniki bazası və ixtisaslar şəbəkəsi xeyli genişlənmişdir. Qeyd etmək lazimdır ki , ADMİU uzun müddət Azərbaycanda rəngkarlıq, qrafika, heykəltaraşlıq və sənətşünaslıq ixtisasları üzrə ali təhsil verən yeganə təhsil müəssisəsi olmuşdur.
Fakültəyə aşağıdakı kafedralar daxildir:

- Rəsm və rəngkarlıq kafedrası
- Dekorativ – tətbiqi sənət
- Sənətşünaslıq

Fakültədə aşağıdakı ixtisaslar üzrə kadr hazılığı aparılır:

- Rəngkarlıq
- Qrafika
- Memarlıq
- Təsviri sənətin tarixi və nəzəriyyəsi
- Teatr – dekor sənəti (səhnəqrafiya)
- Televiziya və kino rəssamı
- Xalçaçı rəssam
- Reklamçı rəssam
- Dizayner rəssam
- Qrim sənəti və dekorativ kosmetoloq

Minimal illik təhsil haqqı: 0 AZN
Orta illik təhsil haqqı: 0 AZN
Maksimal illik təhsil haqqı: 0 AZN

Rektor: Timuçin Əfəndiyev
Səhifəni bəyəndin? Dostlarla bölüş!