1930-cu ildə əsası qoyulmuş Azərbaycan Dövlət İqtisad Universiteti Cənubi Qafqazda ən iri ali təhsil ocaqlarından biridir. ADİU-da 11 fakültə fəaliyyət göstərir, 21 ixtisas üzrə 16 mindən çox tələbə və magistrantlar təhsil alır, 1000-dən çox müəllim, o cümlədən sıralarında Milli Elmlər Akademiyasının, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvləri, Dövlət Mükafatı laureatları, əməkdar müəllim və elm xadimlərinin olduğu 120 professor, 600 dosent çalışır. İqtisad Universiteti mövcudluğunun bütün dövrlərində 100 minə yaxın müxtəlif profilli iqtisadçı hazırlamışdır. ADİU Avropa Universitetləri Assosiasiyası, İslam Ölkələrinin Universitetləri Federasiyası, Avrasiya Ölkələrinin Universitetləri Assosiasiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin Universitetləri Şurasının tam hüquqlu üzvüdür. Azərbaycan Dövlət İqtisad Universiteti Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının "UNCTAD" Virtual İnstitutunun üzvüdür. Azərbaycan Dövlət İqtisad Universitetində Dünya Bankının İctimai İnformasiya Mərkəzi, Ümumdünya Ticarət Təşkilatının İstinad Mərkəzi fəaliyyət göstərir.
İqtisad Universitetinin xarici əlaqələrinin keyfiyyətcə genişləndirilməsi strategiyasına bir neçə vektorlar daxildir: Boloniya prosesi çərçivəsində Avropanın aparıcı ali məktəbləri ilə əməkdaşlığın genişləndirilməsi, Monpelye (Fransa) Universiteti ilə TEMPUS layihəsinin, Maastrixt Universitetinin iqtisad məktəbi ilə TASİS layihəsinin hazırlanması və reallaşdırılması, İstanbul Universiteti ilə birgə «Türk dünyası işlətmə» fakültəsinin açılması, İndiana (ABŞ) Universiteti ilə birgə Cənubi Qafqazda yeganə distant təhsil mərkəzinin yaradılması, Harvard biznes məktəbinin tədris proqramı üzrə ingilis dilli «Xüsusi İstedadlar Qrupu» bölməsinin yaradılması, Hyuston Universiteti ilə tələbə mübadiləsi üzrə layihənin reallaşdırılması. İqtisad Universitetində Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universiteti ilə birgə MBA (Master Business Administration) magistr hazırlığı proqramı fəaliyyət göstərir. ADİU-da dünyanın 12 ölkəsindən olan 850-dən çox tələbə və magistrantlar təhsil alır.

Minimal illik təhsil haqqı: 0 AZN
Orta illik təhsil haqqı: 0 AZN
Maksimal illik təhsil haqqı: 0 AZN

Rektor: Şəmsəddin Hümmət oğlu Hacıyev
Səhifəni bəyəndin? Dostlarla bölüş!