Azərbayca Tibb Universiteti (ATU) –Bakıda yerləşir və həkimlər, əczaçılar hazırlayan ali məktəb müəssisəsidir. Bu, Zaqafqaziyada ən böyük tibb universitetlərindən biridir. Universitet 1919-cu ildə Bakı Dövlət Universitetinin bazasında yaradılıb. Ayrıca institut kimi  kimi 1930-cu ildə fəaliyyət göstərməyə başlamış, 1991-ci ildə universitet adını almışdır.

Hal-hazırda universitetdə fəaliyyət göstərən fakültələr:

  • Müalicə işi (təhsil müddəti 6 il);
  • stomatologiya (təhsil müddəti 5 il);
  • pediatriya (təhsil müddəti 6 il);
  • əczaçılıq (təhsil müddəti 6 il (4 - bakalavr, 2- magistratura));
  • tibbi-biologiya (təhsil müddəti 5 il);
  • hərbi -tibb (təhsil müddəti 5 il);
  • tibbi-profilaktika (təhsil müddəti 5 il)

Universitetin 7 təhsil korpusu və 8 mindən artıq tələbəsi var. ATU-də 75 kafedra fəaliyyət göstərir. Kafedralarda çalışır:

  • akademiklər - 2;
  • elmlər doktorları - 142;
  • elmlər namizədləri - 692;
  • əməkdar elm xadimləri - 15;
  • müxbir üzv - 1;
  • əməkdar həkimlər - 21;
  • professorlar - 118;
  • dosentlər - 248;
  • assistentlər - 513;
  • müəllimlər - 212.

Universitetdə böyük elmi-tədqiqat laboratoriyası, anatomiya muzeyi və kliniki baza var. Universitetin nəzdində onkoloji, stomatoloji, terapevtik klinika  fəaliyyət göstərir. Universitet aktiv elmi fəaliyyət göstərir, burada mütəmadi olaraq elmi seminarlar və konfranslar keçirilir.

Hər il Azərbaycan Tibb Universitetinə 1200 tələbə, həmçinin xarici tələbələr qəbul olur. Universitetə xaricdən əsas axın Asiya, Latın Amerikası və Afrikadandır. Onların burada yaşaması üçün hər cür şərait yaradılıb.

Bakı şəhərinin 8 yataqxanası ATU-nun tələbələri üçün ayrılıb. Universitetin idman kompleksində hovuz, trenajor zalı var.

Universitetin 800000 dərslik və elmi kitabdan ibarət geniş kitabxanası mövcuddur. Həmçinin Nabran qəsəbəsində, Xəzər dənizinin sahilində yerləşən “Təbib” istirahət bazası da universitetə məxsusdur.

Minimal illik təhsil haqqı: 0 AZN
Orta illik təhsil haqqı: 0 AZN
Maksimal illik təhsil haqqı: 0 AZN

Rektor: Əmiraslanov Əhliman Tapdıq oğlu
Səhifəni bəyəndin? Dostlarla bölüş!