Azərbaycan Respublikasının 13.06.2000-ci il tarixli fərmanının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 11.07.2000-ci il tarixli 691 saylı əmri ilə Azərbaycan Texnologiya İnstitunun profili genişləndirilməklə Azərbaycan Texnologiya Universiteti yaradılmışdır.
Universitetdə hal-hazırda 4 fakültə, 19 kafedra, aspirantura və magistratura şöbəsi, elmi-tədqiqat bölməsi, hazırlıq kursu, iki elmi-laboratoriyası, ingilis dili resurs mərkəzi, kitabxana, İnformasiya Hesablama Mərkəzi, tibb məntəqəsi, 3–iaşə, 4 istehsalat-təcrübə obyekti, idman zalı (sahəsi 1000 kv.m.) və tələbə şəhərciyi fəaliyyət göstərir. Həmçinin tələbələr üçün yataqxana, yeməkxana və kitabxana fəaliyyət göstərir. 
Universitetdə 1500 tələbə təhsil alır. Eyni zamanda bu təhsil ocağında 250 nəfərdən çox müəllim vardır. Bunlardan 50 nəfərə yaxını elmlər doktoru və professorlardır, 100 nəfərə yaxın isə elmlər namizədədir.
Universitetdə minimal təhsil haqqı 2000- 2500 manatdır.

FAKÜLTƏLƏR:

Standartlaşdırma və texnoloji maşınlar

Qida məhsullarının texnologiyası və turizm

İqtisadiyyat və idarəetmə

İstehlak mallarının texnologiyası və ekspertiza

Universitetdə yeyinti, toxuculuq və yüngül sənaye sahələri üzrə mühəndis –mexaniklər və mühəndis–texnoloqlar hazırlanırlar.

Universitetdə 1983-cü ildən çoxtirajlı «Texnoloq» qəzeti və 2004-cü ildən isə «Elmi xəbərlər» məcmuəsi nəşr olunur.

Universitetdə elmi-tədqiqat işləri əsasən təbiət-texnika, texnika və mühəndis iqtisadiyyatı istiqamətləri üzrə aparılır.

Minimal illik təhsil haqqı: 0 AZN
Orta illik təhsil haqqı: 0 AZN
Maksimal illik təhsil haqqı: 0 AZN

Rektor: Akif Suleymanov
Səhifəni bəyəndin? Dostlarla bölüş!