Yüksək səviyyəli bakalavr və magistr hazırlığını həyata keçirmək üçün universitet böyük elmi-pedaqoji potensiala və inkişaf etmiş infrastruktura malikdir. Hazırda Universitetdə 8 kafedrada 185-ə yaxın fənn tədris olunur. Həmin fənlərin tədrisinə 114 nəfər professor-müəllim heyəti, o cümlədən 17 elmlər doktoru-professor, 46 elmlər namizədi-dosent, 51 nəfər müəllim cəlb edilmişdir. Eyni zamanda respublikanın bir sıra görkəmli alim və mütəxəssisləri məsləhətçi, buraxılış işi və magistr dissertasiyasının rəhbəri və s. formada Universitetlə yaxından əməkdaşlıq edirlər. Pedaqoji heyətin 43 nəfərinin əsas iş yeri BQU-dur. 60 nəfər müqavilə ilə, 11 nəfər isə saathesabı ilə dərs aparır.

Lisenziyaya əsasən Universitetdə ali təhsilin bakalavr və magistr pillələrində aşağıda qeyd olunan istiqamətlər və ixtisaslar üzrə kadr hazırlığı aparılmasına icazə verilmişdir:

a) Ali təhsilin bakalavr pilləsində (əyani şöbədə təhsil müddəti 4-il, qiyabi şöbədə təhsil müddəti 4 il 6 ay olmaqla).

I. «Maarif» istiqaməti üzrə:

«İbtidai təhsilin pedaqogika və metodikası» (əyani, qiyabi)

«Pedaqogika və psixologiya» (əyani, qiyabi)

«Tarix və ictimaiyyat» (əyani, qiyabi)

«Riyaziyyat və informatika» (əyani)

«İqtisadi biliklər» (əyani)

«Sosial pedaqogika» (əyani)

II. “Filologiya” istiqaməti üzrə:

“Azərbaycan dili və ədəbiyyat” (əyani, qiyabi)

“Xarici dil” (İngilis) (əyani)

III. «Psixologiya» istiqaməti üzrə:

«Psixologiya» (əyani)

IV. «Jurnalistika» istiqaməti üzrə:

«Jurnalistika» (əyani)

b) Ali təhsilin magistr pilləsində:

(əyani təhsil müddəti — 2 il)

I. «Maarif» istiqaməti üzrə:

«İbtidai təhsilin pedaqogika və metodikası»

«Sosial pedaqogika»

«Pedaqogika nəzəriyyəsi və tarixi»

II. «Psixologiya» istiqaməti üzrə:

«Ümumi psixologiya»

«Uşaq və yaş psixologiyası»

Universitetdə qeyd olunan istiqamətlər və ixtisaslar üzrə kadr hazırlığı Azərbaycan Respublikasının Konstitusiyasına, «Təhsil Qanununa», «Ali təhsil müəssisəsi haqqında Əsasnaməyə», Təhsil Nazirliyinin mövcud hüquqi-normativ akt və sənədlərinə, Universitetin Nizamnaməsinə əsasən həyata keçirilir.

Minimal illik təhsil haqqı: 0 AZN
Orta illik təhsil haqqı: 0 AZN
Maksimal illik təhsil haqqı: 0 AZN

Rektor: Ağarəhim Rəhimov
Səhifəni bəyəndin? Dostlarla bölüş!