Azərbaycan Dillər Universiteti Azərbaycanda xarici dil mütəxəssisləri, müxtəlif sahələr və beynəlxalq münasibətlər sahəsində peşəkar mütəxəssislər hazırlayan yeganə Universitetdir. ADU inkişaf etmiş təhsil və tədqiqat, yeni tədris siyasəti və dünyəvi elm və təhsil standartlarına cavab verən bakalavr və magistr proqramları üzrə fəaliyyət göstərir. Universitet müxtəlif ixtisaslar təklif edir və elmi prinsiplərə əsaslanan çoxsaylı müstəqil fakültələri özünda cəm edir. ADU ölkəmizdə Avropa və bəzi müasir Şərq dillərini tədris edən ilk universitetdir. Universitetin bir çox professor və müəllimləri elmi sahələrdə tanınır və müxtəlif milli və beynəlxalq mükafat və təqaüdlərə layiq görülmüşdür. Bu gün Universitet ölkəmizdə həyata keçirilən təhsil islahatlarına görə ön sıralardadır.

Minimal illik təhsil haqqı: 0 AZN
Orta illik təhsil haqqı: 0 AZN
Maksimal illik təhsil haqqı: 0 AZN

Rektor: Abdullayev Kamal Mehdi oğlu
Səhifəni bəyəndin? Dostlarla bölüş!