İqtisadiyyat fakültəsi

 
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialında iqtisadiyyat fakültəsinin yaradılmasında məqsəd real bazar iqtisadiyyatında adaptasiyadır. "İqtisadiyyat" istiqamətində tədris planında tələbələrə dünya tarixi, hüquq və politologiya, təbii elmlər, iqtisadi coğrafiya, regional və beynəlxalq iqtisadiyyat, həmçinin xarici dillər də tədris edilir. Riyazi elmlər özündə riyazi analiz, xətti cəbr, ehtimal nəzəriyyəsi və riyazi statistika fənlərini birləşdirir. Tətbiqi iqtisadi fənlər də tədris edilir: firma iqtisadiyyatı, ümumi sektor iqtisadiyyatı, idarəetmə nəzəriyyəsi, mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili, iqtisadiyyatın dövlət tənzimlənməsi. İqtisadiyyat fakültəsində tələbələr "Menecment" istiqaməti üzrə hazırlanır. "Menecment" istiqaməti üzrə fakültədə mühasibat uçotu və audit ixtisasları üzrə hazirlanır. Hər iki ixtisasa böyük tələbat var. Bakıda Deloitte, KPMG, PricewaterhouseCoopers, Ernst&Young kimi böyük audit şirkətləri fəaliyyət göstərir. Belə şirkətlər tələbələri seçərək gələcək üçün hazırlayır. Belə şirkətlərdə işləmək prestijli hesab edilir.