Filologiya fakültəsi

 
Filologiya fakültəsi iki - rus və roman-alman filologiyası (ingilis, fransız, italyan və ispan dillərində) bölmələrindən ibarətdir. Rus filologiyası bölməsində ixtisaslaşmanın əsasını rus ədəbiyyatı və folklorunun, müasir rus dilinin, qədim slavyan dilinin tarixi, rus dili qrammatikasının, rus ədəbi dili və rus dialektologiyası tarixinin geniş və dərinləşdirilmiş kursları təşkil edir. Roman-alman filologiyası bölməsində tədris planına tələbələrə azı iki müasir xarici dil öyrədilməsi daxil edilmişdir. Praktiki məşğələlərə ikiillik əsas xarici dilin nəzəri kursu, habelə bu dilin tarixi və dialektologiyası əlavə olunmuşdur. Məzunlar "Filoloq. İngilis (fransız, italyan, ispan) dili və xarici ədəbiyyat müəllimi" ixtisasları üzrə fəaliyyət göstərir.