Kimya fakültəsi

 
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının Kimya fakültəsi filial açıldığı gündən -2008/2009 dərs ilindən fəaliyyət göstərir. Hər il filiala bir kimya qrupunun (25 tələbə) qəbulu həyata keçirilir. Laboratoriyalarda tələbələr yarımqruplar şəklində -12 və 13 tələbə məşğul olur. Bundan başqa hər bir laboratoriya işini tələbələr tək və ya iki nəfər işləyir. Bu da nəzəriyyəni təcrübədə möhkəmləndirməyə kömək edir. Kimya laboratoriyalarında iş təhlükəsizlik qaydalarına əməl etmək tələbə edir. 4-cü kursda tələbələr ixtisas seçir.M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının laboratoriyaları ən müasir avadanlıqlarla təchiz edilib. Kitabxanada müasir dərs kitabları var. Həmçinin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının professor-müəllim heyəti Kimya fakültəsi üçün praktiki və metodiki dərs vəsaiti hazırlayıb. Vəsaitdən dərs prosesində istifadə etmək tələbələrimizə sərbəst işi daha effektli təşkil etməyə, kimya kursunu daha yaxşı mənimsəməyə kömək edir.