Riyaziyyat, informatika və texniki

 
«Riyaziyyat, informatika və texniki » fakültədə «Tətbiqi riyaziyyat», «Kompüter riyaziyyatı», «Ekologiya», «Riyaziyyat və informatika müəllimliyi», «Kompüter mühəndisliyi» və «Ekologiya mühəndisliyi» ixtisasları üzrə kadr hazırlığı aparılır.Fakültənin nəzdində 2 ixtisas kafedrası:«Bioloji və ekoloji fənlər»«Riyaziyyat, informatika və texniki fənlər» kafedraları fəaliyyət göstərir. Eyni zamanda fakültənin nəzdində «Fakültə Elmi Şürası», «Tələbə-Elmi Cəmiyyəti», 8 fənn üzrə ixtisas laboratoriyası (kimiya, fizika, biologiya , EHM fənləri üzrə) və 3 kompüter kabineti fəaliyyət göstərir. Fakültədə kadr hazırlığı ilə 28 professor-müəllim heyəti məşğul olur. Onlardan 6 nəfəri professor, 7 nəfəri dosent, 15 nəfəri isə ixtisaslı müəllimlərdir.