Hüquq və beynəlxalq münasibətlər

 
«Hüquq və beynəlxalq münasibətlər» fakültəsində «Beynəlxalq münasibətlər» ixtisası üzrə kadr hazırlığı aparılır. Fakültənin nəzdində 2 kafedra fəaliyyət göstərir: «Mülki hüquq, cinayət hüququ, və cinayət prosesi» kafedrası «Dövlət hüququ və beynəlxalq münasibətlər» kafedrası. Eyni zamanda fakültənin nəzdində «Fakültə Elmi Şurası», «Tələbə-Elmi Cəmiyyəti», Kriminalistika laboratoriyası və ixtisaslaşmış auditoriyalar: konstitusiya hüququ, cinayət hüququ; cinayət prosesi; roma hüququ və mülkü hüquq; beynəlxalq humanitar hüquq kabinetləri və xüsusi inventarla təchiz olunmuş məhkəmə zalı fəaliyyət göstərir. Fakültədə tələbələrin təlim –tərbiyəsi və dərslərin tədrisi ilə 10 nəfər professor–müəllim heyəti məşğul olur. Onlardan 2 nəfər professor, 2 nəfər dosent, 3 nəfər baş müəllim və 3 nəfəri isə yüksək ixtisaslı müəllimlərdir.