Biznes və menecment fakültəsi

 
«Biznes və menecment» fakültəsində «Beynəlxalq iqtisadi münasibətlər», «Maliyyə və kredit», «Vergi və vergitutma», «Biznesin idarəedilməsi», «Menecment», «Dünya iqtisadiyyatı», «Maliyyə» ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Fakültənin nəzdində 1 ixtisas kafedrası «İqtisadiyyat və menecment» kafedrası fəaliyyət göstərir. Bununla yanaşı fakültə nəzdində «Fakültə Elmi Şürası» və «Tələbə Elmi Cəmiyyəti» fəaliyyət göstərir. Fakültədə mühazirə və məşğələ dərslərinin müvəffəqiyyətlə yerinə yetirilməsində 19 nəfər mütəxəssis çalışır. Onlardan: 1 elmlər doktoru-professor, 4 dosent, 4 baş müəllim , 9 təcrübəli müəllim və 1 laborant.