Tərcümə və pedaqoji

 
«Tərcümə və pedaqoji» fakültədə «Tərcümə», «İbtidai təhsilin pedaqogika və metodikası», «İngilis dili müəllimi», «Xarici dil» (ingilis) və «Jurnalistika» ixtisasları üzrə kadr hazırlığı aparılır. Fakültənin nəzdində 3 kafedra fəaliyyət göstərir: «Xarici dillər və tərcümə» kafedrası «İbtidai təhsilin pedaqogika və metodikası» kafedrası «Jurnalistika, dil və ədəbiyyat» kafedrası. Eyni zamanda fakültə nəzdində «Fakültə Elmi Şürası» və «Tələbə-Elmi Cəmiyyəti» fəaliyyət göstərir.Fakültə üzrə tədris və təlim-tərbiyə prosesində kafedralar üzrə 79 nəfər mütəxəssis çalışır. Onlardan: 1 akademik, 4 professor, 8 dosent, 9 elmlər namizədi və 51 ixtisaslı müəllimlərdir.