Texnoloji maşınlar

«Texnoloji maşınlar» fakultəsi Azərbaycan Respublikasında sənayenin əsas sahələrinin inkişafını təmin edən kadrların hazırlanmasında yüksək perspektivə malikdir. Buraya Virtual layihələndirmə texnoloji mərkəzi, Yeyinti sənayesi maşınları və avadanlıqları tədris mərkəzi, Çevik istehsal kompleksləri, Avtomatlaşdırılmış layihələndirmə sistemləri, Biotibbitexnika, Qarşılıqlı əvəzolunma, texniki ölçmələr və sınaq və s. tədris laboratoriyaları daxildir. Tədris prosesində müasir kompüter texnologiyalarından geniş istifadə olunur. Bu məqsədlə dünyada geniş yayılmış CADsistemlərindən olan AutoCAD-dan istifadə etməklə cizgilərin tərtibi üçün kompüter texnologiyaları tədris proqramına daxil edilmişdir. Kafedralar lazımı avadanlıqlarla təchiz olunmuş və onların İnternetə çıxışı təmin edilmişdir.