Radiotexnika və rabitə

Azərbaycan Texniki Universitetinin ən müasir fakultələrindən biri Radiotexnika və rabitə fakultəsidir. Bu fakultə 1960-1961-ci illərdə «Radiotexnika, elektronika və rabitə» kafedrasının bazası əsasında yaradılmışdır. Yaradılan zaman fakultənin adı Elektrotexnika olmuşdur. Sonralar fakultənin adı bir necə dəfə dəyişdirilmiş və iki fakultəyə - Elektrotexnika və Radiotexnika fakultələrinə ayrılmışdır. Fakultəni ilk təşkil edən professor Ulduz Səttar oğlu Kəngərli olmuşdur. Fakultədə magistratura, aspirantura və doktorantura xətləri ilə yüksək ixtisaslı mütəxəssislər hazırlanır. Kadr hazırlığı gündüz və qiyabi formada aparılır.