Mühəndis biznesi və menecment

Azərbaycan Texniki Universitetinin aparıcı fakültələrindən olan “Mühəndis biznesi və mencment” fakültəsi 1995-ci ildə “Sənaye iqtisadiyyatı və menecment” və “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedralarının bazasında yaradılmışdır. Fakültədə “Ümümi iqtisadiyyat” istiqamətində “İqtisadiyyatın tənzinlənməsi ixtisası” üzrə də bakalavr hazırlığı mövcüddur.Fakültədə bazar iqtisadiyyatına keçidlə bağlı problemlər, respublikada maşınqayırma və metallurgiya müəssisələrinin yenidən qurulması, nəqliyyat və rabitədə işin səmərəliliyinin yüksəldilməsi, elm və texnikanın dialektik inkişafı, keçid dövründə sosial-siyasi problemlər, eyni zamanda Azərbaycan tarixinin mühüm məsələləri üzrə tədqiqat işləri aparılır.