Metallurgiya

Azərbaycanda metallurgiya sahəsində mütəxəsis hazırlayan Metallurgiya fakultəsi 1964-cü ildə yaradılmışdır. Fakultənin yaranmasında elmlər doktoru, professor Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Ənvər Əli oğlu Qasımzadənin, professor Nadir Hacıyusif oğlu Qasımzadənin və professor Rəhim İzzət oğlu Şükürovun əvəzedilməz xidmətləri olmuşdur.Fakultə yarandığı gündən ona professor H.H.Qasımzadə, professor R.İ.Şükürov, dosent H.D.Novruzov, professor B.Y.Eyvazov rəhbərlik etmiş.01 oktyabr 2001-ci ildən «K və KMT» kafedrasının dosenti Respublika Dövlət mükafatı laureatı A.İ.Babayev fakultənin dekanı seçilmişdir.Fakultəni bitirən tələbələrdən onlarla doktorluq və namizədlik dissertasiyaları müdafiə edilmişdir.Onların arasında texniki elmləri doktoru, professor Arif Tapdıq oğlu Məmmədov, texnika elmləri doktoru, professor Rafiq Qurban oğlu Hüseynov, texnika elmləri doktoru professor Məmmədov Zakir Qasımoviç, texnika elmləri doktoru Novruzov Həzrətqulu Dadaş oğlu, texnika elmləri doktoru Şərifov Zahid Ziyadxan oğlu və başqaları vardır.