Maşınqayırma

Maşınqayırma fakültəsi Azərbaycan Texniki Universitetinin əsas fakültələrindən biri olub, 1982-ci ilin noyabr ayında mexanika fakültəsinin bazasında yaradılmışdır. Fakültənin kafedralarının Almaniya, Rusiya Federasiyası, Ukraina, Gürcüstan, Türkiyə və s. ölkələrin qabaqcıl universitetləri ilə sıx elmi-pedaqoji əlaqələri mövcuddur. Fakultənin bəzi əməkdaşları və məzunları Almaniya universitetlərində elmi-tədqiqat işləri aparmışlar, onlardan yeddisi öz dissertasiya işlərini müdafiə edərək Dr.-Ing. (Doktor-Mühəndis) elmi dərəcəsi almışlar, orada öz elmi işlərini davam etdirirlər.