Nəqliyyat fakültəsi

Fakültə 1975-ci ildə yaradılmışdır. İlk dövrlərdə fakültə Yol inşaatı fakültəsi adlandırılmışdır. Fakültədə avtomobil yollarının və tunellərin, körpülərin və mühəndis qurğularının layihələndirilməsi və tikintisi, burada aparılan geodeziya işləri, şəhər torpaqlarının, daşınmaz əmlakın, ticarət mərkəzlərinin, mühəndis qurğularının sahəsinin dəqiq qeydə alınmasının qiymətləndirilməsi və səmərəli istifadə olunması üzrə kadr hazırlığı aparılır. Fakültə respublikanın müvafiq təşkilatları ilə yanaşı, bir sıra xarici ölkələrlə də sıx əməkdaşlıq edir. Fakültənin əməkdaşları Azərbaycanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı Beynəlxalq layihələrdə fəal iştirak edirlər. Fakültədə İran, Türkiyə, Əfqanıstan vətəndaşları da təhsil alırlar.Ümumi tələbələrin sayı 903 nəfərdir ki, bunlardan 659 nəfər əyani, 183 nəfər qiyabi, 56 nəfər də magistraturada təhsil alır.Fakultə nəzdində 4 kafedra fəaliyyət göstərir, bunlardan ikisi ixtisas kafedrasıdır: 1. "Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili"2." Geomatika"3."Mexanika"4."FizikaFakültədə 2 elmlər doktoru, 33 elmlər namizədi, 3 professor, 29 dosent, 17 baş müəllim və müəllim fəaliyyət göstərir.Ümumi tələbələrin sayı 903 nəfərdir ki, bunlardan 659 nəfəri əyani, 183 nəfəri qiyabi, 56 nəfər də magistraturada təhsil alır. Fakültənin İdarə etmə orqanları elmi şura və dekanlıqdır. Elmi şuranını tərkibi 13 nəfərdir.