Kimya fakültəsi

Kimya fakültəsi Bakı Dövlət Üniversitetinin aparıcı fakültələrindən biridir. Fakültədə 7 kafedra, 5 elmi-tədqiqat laboratoriyası, 1 tədris muzeyi, 25 tədris laboratoriyası fəaliyyət göstərir. Kafedralar 1. Ümumi və qeyri-üzvi kimya2. Üzvi kimya3. Fiziki və kolloid kimya4. Analitik kimya5. Neft kimyası və kimya texnologiyası6. Yüksəkmolekullu birləşmələr kimyası7. Kimyanın tədrisi metodikası Еlmi-tədqiqat laboratoriyaları 1. Qeyriü-üzvi materialşünaslıq2. “Zərif üzvi sintez,, elmi mərkəzi3. Alkinfenollar və karbonil birləşmələr4. Metalkompleks katalizatorları5. Neft kimyası və onun təbiətdə çevrilməsi Fakültədə 3 ixtisas üzrə bakalavr, 14 ixtisas üzrə magistr hazırlığı aparılır. Bakalavr ixtisasları 1. Kimya2. Kimya müəllimliyi3. Kimya mühəndisliyi Magistr ixtisasları 1. Kimyəvi kinetika və kataliz2. Kompozisiya materialları kimyası3. Radiоkimya və radioekologiya4. Qeyri-üzvi kimya5. Üzvi kimya6. Bərk cisimlər kimyası7. Fiziki kimya8. Kolloid kimya9. Analitik kimya10. Yüksəkmolekullu birləşmələr kimyası11. Elektrokimya12. Ətraf mühit kimyası13. Kimyanın tədrisi metodikası və metodologiyası14. Neft və qaz emalı15. Nano kimya Fakültənin əsas elmi tədqiqat sahələrinə aşağıdakılar daxildir 1. Qeyri-üzvi kimyanın müasir problemləri2. Mürəkkəb yarımkeçirici metallik fazaların termodinamikası və kimyəvi göstəriciləri3. Mühüm üzvi maddəlırin sintezi və analizi4. Polimerllərin sintezi, aromatik karbohidrogenlerin alkilləşmə reaksiyası5. Sovbentlərin və katalizatorların sintezi Fakültədə təhsil forması əyanidir. Təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır. Fakültədə 767 nəfər bakalavr, 85 magistr təhsil alır. Onların elmi-tədqiqat işləri ilə 90-a yaxın professor-müəllim hеyəti məşğuldur.Onlardan 3 nəfər AMEA-nın həqiqi üzvü, 3 nəfər müxbir üzvüdür. 23 nəfər elmlər doktoru, professor, 65 nəfər elmlər namizədi, dosent və müəllimdir.Kimya fakültəsi müstəqil qurum kimi 1934-cü ildən fəaliyyət göstərir. 2006-cı ildən fakütəyə prof. А.Ə. Əzizov rəhbərlik edir. Son üç ildə fakültə əməkdaşlarından 3 nəfər doktorluq, 10 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Fakültənin professor müəllim hеyəti tərəfindən 15 dərslik və dərs vəsaiti, 3 monoqrafiya, 300-dən çox elmi iş çap olunmuşdur.Fakültədə çalışan professor-müəllim hеyətiniн Türkiyə, ABŞ, Rusiya, Fransa, İngiltərə, Almaniya, Polşa, İran İslam Respublikası və digər inkişaf etmiş ölkələrin Universitetləri ilə sıx yaradıcılıq əlaqələri var. Fakültə professor müəllim hеyəti və əməkdaşlarы Beynəlxalq qrant layihələrində iştirak edirlər. Son illərdə fakültənin tələbələri və magistrləri kimya üzrə keçirilən beynəlxalq elmi konfranslarda və olimpiadalarda iştirak etmiş və BDU-нu layiqincə təmsil etmişlər. Fakültədə müasir tələblərə cavab verən universitet təhsilli kadrların hazırlanması üçün yüksək ixtisaslı kadr potensialı var. Aparılan elmi-tədqiqat işlərinin səviyyəsini yüksəltmək üçün müasir tələblərə cavab verən NMR, xromato-kütlə spektrometri və rentgen laboratoriyaları yaradılmışdır. Digər müasir analiz metodlarının fakültədə yaradılması istiqamətində ciddi işlər aparılır. Respublikamızda Universitet təhsilini müasir dünya standartları səviyyəsinə çatdırmaq, müasir təhsil texnologiyalarına yiyələnmək məqsədi ilə bu ildən fakültəmiz Boloniya prosesinə qoşulmuşdur. Bu məqsədlə I kurs tələbələrinin ixtisasları üzrə yeni tədris planları hazırlanmışdır. 2007-2008 tədris ilindən başlayaraq təhsildə “Kredit sistemi” tətbiq olunacaq. Fakültədə tədrisin keyfiyyətini yüksəltəmək üçün son illərdə müasir tələblərə cavab verən tədris laboratoriyaları, mühazirə zalı yaradılmış və həmin laboratoriyalar üçün müasir avadanlıqlаr alınmışdır.Fakültə rəhbərliyi rektorluğun yaxından köməkliyi sayəsində kimya, tətbiqi kimya, ekoloji kimya istiгamətində müasir tələblərə cavab verən bakalavr və magistr hazırlanmasının keyfiyyətini artırmaq məqsədi ilə fakültənin maddi-texniki bazasının möhkəmləndirilməsi və perspektivli professor-müəllim heyətinin formalaşdırılmasını daima diqqət mərkəzində saxlayır.