Fizika fakültəsi

Fizika fakültəsi 1919-cu ildə fəaliyyətə başlamış Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin nəzdində yaranmışdır və 1958-ci ildən müstəqil fakültə kimi formalaşmışdır. Fakültənin yaranmasında və inkişafında M.Əliyev, R.Həsənov, M.Sərdarlı, K.Köçərli, A.Muxtarov və başqa tanınmış Azərbaycan müəllimlərinin böyük xidmətləri olmuşdur.Fizika fakültəsinə 6 mart 2012-ci il tarixindən dekan, fizika-riyaziyyat elmlər doktoru , professor Ramazanov Məhəmmədəli Əhməd oğlu rəhbərlik edir.Fakültənin bir çox məzunları Respublikada tanınmış alimlərdir: akademik M.K.Kərimov AMEA-nın prezidentidir, N.A.Quliyev, B.M.Əsgərov, F.M.Həşimzadə, A.M.Paşayev, E.Y.Salayev, AMEA-nın akademikləridir, T.C.Cəfərov, S.A.Hacıyev, R.H.Hüseynov, V.A.Hüseynov, A.İ.Muxtarov, Y.M.Seidov, V.İ.Tahirov, B.H.Tağıyev, AMEA-nın müxbir üzvləridir. Professorlar R.R.Rzayev (Yüksək enerjilər fizikası institutu, Serpuxov), B.K.Kərimov (Moskva Dövlət Universiteti), F.P.Kəsəmənli (Sankt Peterburq Politexnik İnstitutu), V.V.Evseev (Elmi Nəzəri İnstitut, Dubna), R.M.İmanov (Kristalloqrafiya İnstitutu, Moskva) və b. Fizika fakültəsinin məzunları kimi elmdə böyük uğurlar qazanmışlar. Dünya şöhrətli fizik, Nobel mükafatı laureatı L.D.Landau 1922-1924-cü illərdə Fizika fakültəsində təhsil almışdır.Hazırda fizika fakültəsinin 9 kafedrasında 93 professor-müəllim heyyəti çalışır ki, onlardan da 1 nəfəri AMEA-nın həqiqi üzvüdür, 4 nəfəri AMEA-nın müxbir üzvüdür, 27 nəfəri elmlər doktoru-professorudur, 63 nəfəri isə elmlər namizədi-dosentdir.Fakültədə bakalavr təhsil pilləsində fizika istiqaməti üzrə 4 ixtisasda (fizika, tətbiqi fizika, fizika və astronomiya, fiziki elktronika), magistratura pilləsində isə 13 ixtisaslaşmada (Nəzəri və riyazi fizika, Bərk cisimlər fizikası, Yarımkeçiricilər fizikası, İstilik fizikası və molekulyar fizika, Kvant elektronikası, Astrofizika, Atom və molekul fizikası, Bioloji sistemlər fizikası, Yarımkeçirici cihazlar və mikroelektronika, Nanohissəciklərin fizikası, Bərk cisim elektronikası, Qaz və plazma elektronikası, Optoelektronika) kadr hazırlanır.Hazırda fakültədə 948 nəfər bakalavr və 66 nəfər magistr təhsil alır, 5 aspirant 7 dissertant elmi-tədqiqat işlərilə məşğuldur. Kafedralar 1. Ümumi fizika2. Optika və molekulyar fizika3. Maddə quruluşu4. Yarımkeçiricilər fizikası5. Bərk cisimlər fizikası6. Nəzəri fizika7. Nanomaterialların kimyəvi fizikası8. Astrofizika9. Fiziki elektronika Tədris laboratoriyaları 1. Mexanika2. Molekulyar fizika3. Elektrik4. Optika5. Atom fizikası6. Nüvə fizikası7. Radiofizika8. Yarıkeçiricilər fizikası9. Yarıkeçiricilərin texnalogiyası10. Emissiya elektronikası11. Vakuum texnikası və plazma elektronikası12. İfrat yüksək tezliklər elektronikası13. Nanomaterialların kimyəvi fizikası Fakültədə 4 ixtisas üzrə bakalavr, 13 ixtisaslaşma üzrə magistr hazırlığı aparılır. Bakalavr ixtisasları: 1. Fizika2. Tətbiqi fizika3. Fizika və astronomiya4. Fiziki elektronika Magistr ixtisaslaşmaları: 1. Nəzəri və riyazi fizika2. Bərk cisimlər fizikası3. Yarımkeçiricilər fizikası4. İstilik fizikası və molekulyar fizika5. Kvant elektronikası6. Astrofizika7. Atom və molekul fizikası8. Bioloji sistemlər fizikası9. Yarımkeçirici cihazlar və mikroelektronika10. Nanohissəciklərin fizikası11. Bərk cisim elektronikası12. Qaz və plazma elektronikası13. Optoelektronika Fakültənin əsas elmi tədqiqat sahələrinə aşağıdakılar daxildir: 1. Elektromaqnit, zəif və güclü qarşılıqlı təsirlərdə zərrəciklərin və nüvələrin yüksək enerjilərdə spin xarakteristikaları nəzərə alınmaqla xassə və strukturlarının tədqiqi.2. Bərk cisimlərin və aşağı ölçülü (nanoquruluşlu) electron sistemlərin termodinamik, kinetic və optik xassələrinin nəzəri tədqiqi3. I, III və VI qrup elementləri əsasında mürəkkəb yarımkeçiricilərin binar bərk məhlulların alınması və fiziki xassələrinin tədqiqi4. Real metal-yarımkeçirici kontaktlarda elektrofiziki hadisələr.5. Lazer şüalanmasının maddələrlə qarşılıqlı təsirinin tədqiqi6. Halkogen komponentli monokristallarda, nazik təbəqələrdə və onların əsasında strukturların alınması və onlarda baş verən electron proseslərinin öyrənilməsi.7. Qaz boşalması plazmasında stasionar və rəqsi proseslərin öyrənilməsi.8. Makromolekul sistemlərin relaksasiya xassələri, spektral xarakteristikaları, faza və konformasiya halları.9. Suda həll olan polimer məhlullarının fiziki-kimyəvi xassələrinin tədqiqi10. Yanq-Mills nəzəriyyəsində Qlyuonun polyarizasiya operatorunun müxtəlif kalibrovkalarında hesablanması11. Atom və molekulların quruluşunun kvantmexaniki tədqiqi12. Günəşin normal spektrinin və Fraunhofer xətlərinin profillərinin incə quruluşunun tədqiqi.13. Ulduzlar və dumanlıqlar fizikası