Ekologiya və torpaqşünaslıq fakültəsi

Ekologiya və torpaqşünaslıq fakültəsi 2011-ci ildə yaradılıb. Fakültədə bakalavr pilləsində 3 ixtisas üzrə kadr hazırlanır: ekologiya; torpaqşüaslıq və aqrokimya; yer quruluşu, torpaq və şəhər kadastrı.Fakültə nəzdində Ekoloji monitorinq, Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyaları və kompüter otağı fəaliyyət göstərir.Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov tərəfindən Cənubi Amerika və Afrika qitələrinə ilk Elmi-İdman ekspedisiyaları zamanı toplanılmış unikal biomüxtəliflik nümunələri kolleksiyası Bakı Dövlət Universitetinin "Təkamül Təlimi Muzeyi"nə hədiyyə edilib.Fakültədə 520 tələbə bə magistr təhsil alır.