Sosial elmlər və psixologiya fakültəsi

Bakı Dövlət Universiteti yarandığı gündən ölkəmizi yüksək ixtisaslı mütəxəssislərlə təmin etmək üçün, daima yeni – yeni ixtisasların açılmasına üstünlük vermişdir. Bu istiqamətdə, 1990-cı ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin tərkibində sosiologiya (Azərbaycan və rus bölmələri) və tarix-psixologiya, tarix və sosial-psixologiya, tarix-etnopsixologiya (Azərbay­can bölməsi) ixtisaslarına tələbə qəbulu keçirilmişdir. Bir il sonra həmin ixtisasların (sosiologiya və psixologiya) bazasında, habelə fəlsəfə və iqtisadi nəzəriyyə ixtisaslarından ibarət yeni fakültə – sosial elmlər və psixologiya fakültəsi yaradıldı. 80-ci illərin axırı, 90-cı illərin əvvəllərində ölkəmizdə baş verən sosial-siyasi hadisələr, sosial-siyasi münasibətlər nəzəriyyəsi ixtisası üzrə kadr hazırlığına ehtiyac yaradırdı. Həmin təlabatı ödəmək məqsədi ilə sosial elmlər və psixologiya fakültəsində 1992–ci ildə sosial-siyasi münasibətlər nəzəriyyəsi ixtisası (sonralar bu ixtisas politologiya adlandırılmışdır) üzrə tələbə qəbulu keçirildi. Beləliklə, universitetdə beş yeni ixtisas üzrə kadr hazırlayan mürəkkəb quruluşlu tədris-elm strukturu - sosial elmlər və psixologiya fakültəsi təşəkkül tapdı.Psixologiya elmləri doktoru, Əməkdar elm xadimi pro­fes­sor Bayramov Əkbər Salman oğlu fakültənin ilk dekanı olmuş və 20 noyabr 1992-ci ilədək bu və­zifədə işləmişdir. Həmin vaxtdan 2006–cı il dekabr ayına qədər fakültəyə fəl­səfə elmləri namizədi, dosent Vahidov Fazil Qulammirzə oğlu rəhbərlik etmişdir. 2006-cı ilin de­kabr ayında pedaqoji elmlər doktoru professor Əlizadə Hikmət Əbdül oğlu fakültə dekanı se­çilmişdir.Fakültə yaradılarkən onun bilavasitə tabeliyində bir kafedra – fəlsəfə və sosiologiya kafedrası olmuşdur. Lakin fakültə hazırladığı ixtisaslara uyğun olaraq, öz fəaliyyətini bu kafedra ilə yanaşı, 1992-ci ildə ixtisas-buraxılış kafedralarına çevrilən daha üç ümumuniversitet kafedrasının (psixologiya, iqtisadiyyat, politologiya və sosiologiya kafedraları) bazasında təşkil etmişdir. Fakültənin fəaliyyət göstərdiyi illərin təcrübəsi tam aydınlığı ilə sübut edirdi ki, onun təşkilati strukturunun optimallaşdırılması zəruri tələbata çevrilmişdir.1999-cu ilin iyununda fakültənin daha səmərəli işləməsi və təşkilati baxımdan möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır: BDU rektorunun əmri ilə psixologiya, pedaqogika, politologiya və sosiologiya, iqtisadiyyat, fəlsəfə tarixi və mədəniyyətşünaslıq, təbiət fakültələri üzrə fəlsəfə, humanitar fakültələr üzrə fəlsəfə kafedraları sosial elmlər və psixologiya fakültəsinin tərkibinə daxil edilmişdir. Hal-hazırda fakültədə on kafedra, iki laboratoriya, iki tədqiqat mərkəzi fəaliyyət göstərir.Sosial elmlər və psixologiya fakültəsində 2008-ci ilə qədər 5 istiqamətdə bakalavr pilləsinə tələbələr qəbul olunurdu: 1.Psixologiya, 2.Sosiologiya, 3.Politologiya, 4.Fəlsəfə, 5.Iqtisadi nəzəriyyəMüasir dovrümüzdə inkişaf edən ölkəmizdə sosial işçilərə kəskin şəkildə tələbat artmışdır. Bunu nəzərə alan rəhbərlik ilk əvvəl sosial iş ixtisası üzrə magistratura pilləsini açmış, 2008-ci ildən isə adı çəkilən ixtisasın pakalavr pilləsinə tələbələr qəbul etmişdir.Professor-müəllim heyəti: Fakültənin professor-müəllim heyəti 121 nəfərdən ibarətdir. Bunların müxtəlif kateqoriyalar üzrə statistikası belədir:AMEA – nın həqiqi üzvü 1 nəfər;AMEA – nın müxbir üzvü 1 nəfər;Elmlər doktoru, professor 15 nəfər;Elmlər doktoru, dosent 2 nəfər;Elmlər namzədi, professor əvəzi 1 nəfər;Elmlər namizədi, dosent 72 nəfər;Elmlər namizədi, baş müəllim 22 nəfər;Elmlər namizədi, müəllim 19 nəfər;Müəllim – 19 nəfər.Tələbə kontingenti. Sosial elmlər və psixologiya fakültəsinin müstəqil struktur kimi təşkil edildiyi 1991/92-ci dərs ilində cəmi 2 kurs fəaliyyət göstərirdi və 117 nəfər tələbə (o cümlədən birinci kursda 72 nəfər, ikinci kursa isə 45 nəfər) təhsil alırdı. Sosial elmlər və psixologiya fakültəsinin ilk buraxılışı 1995-ci ildə iki ixtisas (sosiologiya və psixologiya) üzrə olmuş və 43 nəfəri əhatə etmişdir. Bunların 21 nəfəri sosiologiya ixtisasına, 22 nəfəri isə psixologiya ixtisasına yiyələnmişlər. Hazırda fakültədə 893 nəfər tələbə əyani, 190 nəfər isə qiyabi şöbədə təhsil alır. O cümlədən fakültədə 139 nəfər xarici vətəndaşı əyani şöbədə oxuyur.Fakültədə qiyabi şöbə 1999-cu ildə fəaliyyətə başlamışdır. Hal-hazırda üç ixtisas üzrə (fəlsəfə, iqtisadi nəzəriyyə və psixologiya) fakültədə qiyabi şöbə üzrə tələbələr təhsil alırlar.Magistratura. 1997-ci ildə ilk dəfə magistraturaya qəbul aparılmışdır. Hazırda magistraturanın əyani şöbəsində 45 nəfər tələbə təhsil alır. Əyani şöbədə təhsil alan magistrantlardan 6 nəfəri əcnəbi vətəndaşlardır. Magistraturanın qiyabi şöbəsində oxuyan tələbələrin sayı 31 nəfərdir. Əyani şöbə ilə yanaşı qiyabi şöbədə də əcnəbilə təhsil alır. Onların sayı 8 nəfərdir. Ümumilikdə fakültədə 90 nəfər magistrant təhsil alır. Magistratura üzrə ilk buraxılış 1999-cu ildə olmuşdur.Aspirantura. Hal-hazırda Sosial elmlər və psixologiya fakültəsində 88 nefer aspirant təhsil alır. Ümumilikdə Əyani təhsil alan aspirantların sayı 15, qiyabilərin ki isə 12 nəfərdir. Fakültədə təhsil alan bakalavr və magistrantlar kimi aspirantların adları arasında da əcnəbilərin adlarına rast gəlmək olar. Əcnəbilərin ümumi sayı 61 nəfərdir, o cümlədən əcnəbi əyani aspirantların sayı 18, qiyabilərin ki isə 43 nəfərdir. Əcnəbilərin daha çox psixologiya istiqamətində elmi araşdırmalar aparırlar.Tədrisin təşkili və yüksək ixtisaslı kadr hazırlığı. Fakültə tədris prosesinin təkmilləşdirilməsini, tələbələrin müstəqil işlə məşğul olmasını, mütəxəssis kadrların hazırlanmasında keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasını, tədris planlarında ixtisaslar üzrə elmin müasir sahələrinin və problemlərinin öz əksini tapmasını daim diqqət mərkəzində saxlayır. Bu cəhətdən təhsilin bakalavr pilləsi üçün altı ixtisas üzrə, magistratura pilləsi üçün isə 10 ixtisaslaşma üzrə tədris planlarının hazırlanması və təkmilləşdirilməsi xüsusi qeyd olunmalıdır. Bu planların hazırlanmasında və təkmilləşdirilməsində respublika Təhsil Nazirliyinin, universitetin tədris hissəsinin, tədris-metodiki şurasının və müvafiq kafedraların təklifləri, rəyləri diqqətlə öyrənilmiş və nəzərə alınmışdır. Fakültənin Elmi Şurası və tədris-metodiki şurası bu işdə mühüm rol oynamış, müxtəlif variantları hərtərəfli müzakirə etmiş, Avropa-Asiya Universitetləri Assosiasiyasının bir sıra sənədlərindən yaradıcılıqla bəhrələnmişlər. Fakültədə təhsil islahatlarının aparılmasına xüsusi əhəmiyyət verilir.