İlahiyyat fakültəsi

İlahiyyat fakültəsi 1992/93-cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı DövlətUniversiteti və Türkiyə Diyanət Vəqfi arasında bağlanmış müqavilə əsasında təsis olunmuşdur. Hazırda fakültədə təhsil müddəti beş ildir. Fakültənin məzunlarına ilahiyyatçı və ərəb dili müəllimi ixtisası verilir.İndiyədək fakültənin on bir buraxılışı olmuşdur.1996-1997 –ci dərs ilindən 2006-2007- ci dərs ilindək buraxılmış tələbələrin sayı500 nəfər olmuşdur. Hazırdafakültədə206 tələbə təhsil alır. Fakültədə dərslər bir növbəlidir. Fakültə yeni təmirdən çıxmış, beşmərtəbəli, hər cür təçhizata malik tədris binasında yerləşir. 3 otaqda fakültənin dekanlığı ( dekanın otağı, iki dekan müavinlərinin otaqları), 3 otaqda kafedralar, 5 otaqda müəllimlər otağı, 1 otaqda kompüter mərkəzi,12otaqdaauditoriyalar, 1 çay otağı vəiri yeməkxana mövcuddur. Bütün otaqlar lazımi avadanlıqlarla təmin olunublar. Fakültədə ərəb dili, Qurani-Kərim, islam əxlaqı, islam dininin əsasları , islam tarixi, təfsir üsulu, fiqh üsulu, hədis üsulu, təfsir, fiqh, hədis, Quranın qiraət növləri, din fəlsəfəsi, kəlam (nəzəri ilahiyyat), islam ölkələri coğrafiyası, dinlər tarixi, din fəlsəfəsi və məntiq, islam fəlsəfəsi, islam məzhəbləri tarixi, təsəvvüf, din psixologiyası, din sosiologiyası, islam fənlərinin tədrisi üsulu, islam mədəniyyəti tarixi, pedaqogika, Azərbaycan tarixi, Azərbaycan dili, ingilis dili, fars dili, ümumi dilçilik və ərəb dilçiliyi, dini nitq mədəniyyəti, dini musiqi, tibbi hazırlıq, bədən tərbiyəsi və bir neçə xüsusi kurs tədris olunur. Göründüyü kimi fakültəmizdə dini elmlərlə yanaşı dünyəvi elmlər də tədris olunur. Bu da tələbələrimizdə hərtərəfli dünyagörüşünün formalaşmasına kömək edir.Belə müasir dünyagörüşə malik və dünyada baş verən proseslərdən xəbərdar olan yüksək ixtisaslı dinşünas kadrlara hazırda respublikamızın böyük ehtiyacı vardır.Fakültəmizin 40-a yaxın məzunu magistratura və doktorantura xətti üzrə təhsilini Turkiyədə davam etdirir. Onlardan bir neçəsi artıq təhsilini başa vurub öz doğma fakültələrinə qayıtmış və burada müxtəlif dini fənləri tədris edirlər. Bundan başqa bir sıra məzunlarımız respublikanın dövlət qurumlarında da müxtəlif vəzifələrdə çalışırlar.İlahiyyat fakültəsi gənc olmasına baxmayaraq orada bir sıra elmi-metodik işlər görülmüş və görülməkdədir. Fakültə müəllimlərimiz istər respublika , istərsə də universitet miqyasında keçirilən elmi konfrans və simpoziumlarda fəal iştirak edir, maraqlı məruzələrlə çıxış edirlər.Fakültəmizdə milli və dini bayramlar müntəzəm olaraq qeyd edilir. Hər il Məhəmməd Peyğəmbərin(s.ə.s.) mövlüdü münasibətilə elmi konfrans keçirilir. Bununla yanaşı fakültəmizdə digər dini və milli bayramlar, eləcə də xalqımızın və respublikamızın həyatı ilə bağlı olan başqa hadisələrlə əlaqədar olaraq geniş tədbirlər həyata keçirilir.Bundan başqa fakültəmiz Türkiyə Diyanət Vəqfinin dəstəyi ilə yaradılmış Bakı Türk Liseyi ilə əməkdaşlıq edir. Bu lisey Bakıda ilahiyyat təmayüllü yeganə tədris müəssisəsi olduğu üçün tələbələrimiz islam elmlərindən, eləcə də ərəb dilindən pedaqoji təcrübəni burada keçir, liseyin həyətində inşa edilmiş məsciddən islam elmləri üzrə aldıqları bilikləri praktik şəkildə həyata keçirməklə faydalanırlar. Onlar islam elmlərindən istehsalat təcrübəsini məhz burada keçirlər.