Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi

Bu gün fakültə 96 nəfərlik bir kollektivi özündə birləşdirir. Bunlardan 13 nəfəri elmlər doktoru, professor, 40 nəfəri elmlər namizədi, dosent, 12 nəfər baş müəllim, 19 nəfəri müəllim,12 nəfəri isə laborant və texniki heyətə daxildir. Qeyd olunmalıdır ki, kafedralardakı müəllimlərin böyük əksəriyyəti fakültənin 90-cı illərinin məzunlarıdır. Fakültədə təhsil azərbaycan və rus dillərində aparılır. Bununla yanaşı hər bir tələbənin ən azı iki xarici dil öyrənməsi zəruri sayılır. Bu sahədəki uğurlar daha sevindiricidir. Hazırda «Beynəlxalq münasibətlər və iqtisadiyyat» fakültəsində bakalavr, maqistr pilləsində, qiyabi şöbədə və əlavə təhsil şöbəsində 1353 tələbə elmin sirlərinə yiyələnir. Eyni zamanda qeyd olunmalıdır ki, fakültədə paralel olaraq rus bölməsində kadr hazırlığı aparılır.BİM şöbəsində 48 tələbə (azər.48)BM şöbəsində 715 tələbə (azər. 480, rus 235)İqtisadiyyat  şöbəsində 107 tələbə (azər. 107)GİT şöbəsində 53 tələbə (azər. 31, rus 23)Dİ şöbəsində 290 tələbə (azər.206, rus 84) BM şöbəsinin qiyabi bölməsində Fakültənin ixtisaslarına maraq güclüdür. Hər il tələbə qəbulunda respublika üzrə ən yüksək bal toplamış abituriyentlərin əksəriyyəti fakültənin payına düşür.Dövlət Tələbə Qəbulu Komissiyasının hesabatlarına diqqət yetirsək, 2005-2006-cı il qəbul ilində Mansaxina Yana- 666,8, Vəliyeva Zəhra-665, Həsənli Ülviyyə-659,2, Nəsənova Gülnar-654,2, Qəribov Azad-648,7, Qədimova Nəzrin-648,6, 2006-2007 –s-ci ildə Nəsənli Cəmilə-671,2, Məmmədquliyev Azad-666,2 və banqaları bu sırada olmuşdur. Müxtəlif illərdə fakültənin yüksək nəticələr qazanan tələbələri Prezident təqaüdünə layiq görülmüşlər. Bu tələbələr fakültə həyatında fəal iştirak edir və əlaçılar kimi tanınırlar.Əyani şöbənin 1-ci kursunda 41 magistr təhsil alır. Onlardan 23 nəfəri azərbaycan bölümündə, 10 nəfəri isə rus bölümündə təhsil alır.Qalan səkkiz magisr ilk dəfə olaraq «Yaxın və Orta Şərq dövlətlərinin xarici sifasəti» ixtisası üzrə ingilis dilində təhsil alırlar.Bu qrupun magistrləri ərəb-2, fars-2, türk-2, ivrit-2 dilləi üzrə ixtisaslaşırlar. Magistraturanın 2-ci kursunda 86 nəfər (azərbaycan bölməsi-49, rus bölməsi-37) təhsil alır. İndi bakalavr məzunlar daha çox qiyabi magistratura təhsilinə üstünlük verirlər. Misal üçün 1-ci kursda 23, 2-kursda-61, 3-cü kursda 71 nəyər təhsilin ikingci pilləsində oxuyur. Belələiklə, fakültə üzrə magistratura şöbəsində 282 nəfər(əyani-127-nəfər, qiyabi-155 nəfər) təhsil alır.Fakültənin magistratura üzrə dekan müavini dosent Ə.Əliyev magistrlərin elmi axtarışlarının aktual mövzularla əhatə olunması, tədrisin kefiyyətinin füksəldilməsi üçün böyük zəhmət çəkir. Məhz onun təşəbbüskarlığı ilə «Beynəlxalq hüquq və müasir inteqrasiya prosesləri» adlı elmi-nəzəri və praktik jurnal mütəmadi işıq üzü görür, yakültə aspirant və magistrlərinin elmi-praktik koyransları keçirilir.Son belə nüfuzlu tədbir 2006-cı ilin noyabrında Azərbafcan Respublikası Konstitusiyası günü münasibəti ilə keçirilmiş və nəticələri xüsusi məcmuədə nəşr olunmuşdur. Bakı Dövlət Universitetinə dövlət qayğısı onun fəaliyyət göstərdiyi bütün illərdə önəmli olmuşdur. Bütövlükdə isə BDU-nun çiçəklənmə dövrü ulu öndər, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf etmişdir. O, bir vaxtlar məzunu olduğu tədris ocağına ən yüksək qiymət verərək Bakı Dövlət Universitetini «Azərbaycan xalqının milli sərvəti » adlandırmışdır.Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tanınmış kimyaçı alim, professor Abel Məhərrəmovun BDU-ya rektor təyin olunması qocaman elm ocağına yeni abu-hava gətirdi. Heç təsadüfi deyildir ki, A.Məhərrəmov rektorluğa başladığı ilk həftədə Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin müəllim və tələbə kollektivi ilə görüşdü.Fakültəyə xüsusi qayğı və diqqət göstrəcəyini baldirməklə o, həm də kollektiv qarışısında konkret vəzifələr qoydu, burada hazırlanan kadrlara dövlətimizin həmişə ehtiyacı olduğunu vurğuladı. Dəyişdikcə dəyişən, gözəlləşdikcə gözəlləşən BDU XXI əsrə müasir tələblərə cavab verən elmi-tədris bazası, yüksək təchizatlı laboratoriyaları, fənn kabinələri, yaradıcılıq axtarışları dünya elmi ilə rəqabət aparacaq alimlər ordusu ilə ayaq basdı.Bütün bu sadalananlar BM və iqtisadiyyat fakültəsi timsalında daha gözədəyən oldu. Onu da qeyd etməliyik ki, fakültənin alimləri 3 doktorluq dissertasiyası (H.K.Hüseynova, Z.M. Həsənalıyev, S.Z.Yusifzadə), 9 namizədlik dissertasiyası (H.Mehdiyev, R.Məmmədov, Ə.İ.Sadıqov, Ə.İ.Əliyev, Ə. Qurbanov, H.Qasımova, A.Məhərrəmov və b.) müdafiə etmişlər. Bir qrup fakültə müəllimi artıq namizədlik dissertasiyası üzərində işi başa çatdırıb və Ali Attestasiya Komissiyasına təqdim etmişlər. Bu sırada H.Ağabəylinin, S.Qaraşovanın, M.Əliyevanın, N.Dünyamalıyevanın, C.Eyvazovun, A.Güləliyevanın, A.Səfərovanın adlarını çəkmək olar. Bu gün fakültənin həyatında özünəməxsus yer tutan bu gənc müəllimlər də on beş yaşlı fakültənin yetirmələridir. Beynəlxalq münasibətlərin aktual problemlərinin tədqiqi hazırda kafedraların elmi işlərinin əsasında durur.Qeyd etməliyik ki, artıq tarixə çevrilən illərdə fakültə öz göstəriciləri ilə yaddaqalan olmuşdur. Respublikamızda ilk siyasi elmlər namizədi alimlik dərəcəsi fakültənin müəllimi dosent Kərəm Məmmədova məxsusdur. İlk qadın siyasi elmlər doktoru Hicran Hüseynova tanınmış siyasətçi qadınlarımızdan biri, «Ailə, qadın və uşaq və problemləri» üzrə Dövlət Komitəsinin sədri vəzifəsini daşıyır. Dövlət məmuru kimi respublikamızda uşaq, qadın problemlərinin həllində öz əməyinin əsirgəmir.H.Hüseynova eyni zamanda fakültədə yeni yaradılmış «Diplomatiya və müasir inteqrasiya prosesləri» kafedrasına rəhbərlik edir. Ümumiyyətlə, kollektivin professor-müəllim heyəti universitetin həyatında yaxından iştirak edir, respublikamızdakı digər elm mərkəzlərində keçirilən tədbirlərdə fəallıq göstərirlər. Müdafiə Şuralarının üzvü, rəsmi opponentlər kimi dəvət olumuşlar. Fakültə dekanı Z.Həsənalıyev Milli Elmlər Akademiyasının Tarix institunun ekspertidir, dosent Rustəm Məmmədov siyasi şəhrçi kimi çox böyük ictimai fəaliyyət göstərir, Xəzərin statusu ilə danışıqların, çoxsaylı elmi konfransların iştirakçısı olub.