Hazırlıq fakültəsi

 
Azərbaycan Respublikasının Təhsil Nazirinin 24.01.2005-ci il tarixli 55 saylı əmri əsasında Azərbaycan Dövlət İqtisad Universitetində Əcnəbi tələbələr üçün hazırlıq şöbəsi açılmışdır. ADİU-nun Elmi Şurasının 14.11.2005-ci il tarixində keçirilmiş növbəti iclasında şöbənin Əsasnaməsi, Tədris işçi planı və İş planı təsdiq edilmişdir.Nazirlər Kabinetinin 06.03.2001-ci il tarixli 56 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilmiş və xarici ölkələrin vətəndaşlarının Azərbaycan tədris müəssisələrində təhsil almaları haqqında Əsasnaməni əsas tutaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin Əcnəbi tələbələr üçün hazırlıq şöbəsində 2005-ci tədris ilindən xarici tələbələrin ali təhsil sisteminə daxil olan bütün pillələrinə hazırlığı həyata keçirilir və aldıqları tədris dili bölümündən (azərbaycan, rus) asılı olaraq xarici vətəndaşların ixtisas seçimini nəzərə alaraq «Ümumiqtisad» ixtisası üzrə rus və azərbaycan dili fənlərindən başqa, icbari qaydada Riyaziyyat, Azərbaycan tarixi, İqtisadi coğrafiya, İnformatika, Xarici dil (ingilis dili), İqtisadiyyata giriş, İdarəetmənin əsasları, Azərbaycan və Rus dilinin nitqin elmi üslubu, bundan əlavə digər fənlər və ya fakültətiv məşğələlər nəzərdə tutulur və müəyyən olunmuş imtahanları verərək onlar Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr pilləsində təhsillərini davam etmək üçün universitetin rektorunun əmri əsasında müvafiq fakültələrə qəbul olunurlar. Bundan başqa, magistratura və doktorantura pilləsində təhsil almaq istəyən xarici vətəndaşlar üçün qısamüddətli dil kursları təşkil olunur. İmtahanların nəticələrinə görə, prorektor səviyyəsində yaradılmış komissiyanın qərarı ilə hazırlıq kursunu müvəffəqiyyətlə bitirmiş tələbələrə şəhadətnamə verilməsi tövsiyəsi verilir. Çoxballı sistem üzrə əcnəbi tələbələrin biliklərinin qiymətləndirilməsi hər bir fənn üzrə semestr ərzində və imtahan sessiyasında yığılmış balların miqdarından asılı olaraq aparılır. Semestr ərzində balların toplanması üçün aşağıdakı istiqamətlər müəyyən olunmuşdur: 1. Əsas fənlərdən üç kolokviumlar (test üsulu ilə) keçirilir, tələbə ən azı üç qiymət almalıdır, əks halda imtahanlara buraxılmır ya da əlavə günlərdə kollokviumdan keçməlidirlər; 2. Mühazirə mətnlərinin qiymətləndirilməsi; 3. Davamiyyətin qiymətləndirilməsi. Tələbələr semestr ərzində maksimum 50 bal toplaya bilərlər. Qalan 50 balı isə imtahanda qazanırlar. Bu sistemi tətbiq edərək şöbə üzrə artıq 180 nəfər tələbə məzun olmuş və hal-hazırda 64 tələbə təhsil alır. Onlardan 60 nəfər Türkiyə Respublikasının, 1 nəfər Koreya Respublikasının, 2 nəfər ÇXR-nın, 1 nəfəri isə Türkmənistan vətəndaşıdır. Şöbə bir sıra ölkələrin universitetləri ilə, o cümlədən, Rusiya Dövlət Aqrar Universiteti, Patris Lumumba adına Xalqlar Dostluğu Universiteti, İstanbul Universitetinin müvafiq strukturları ilə iş birliyi yaradaraq xarici tələbələrin dil təcrübəsi üçün mübadilə haqqında ilkin razılaşmalar əldə etmişdir.