Xüsusi İstedadlar Qrupu

 
2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin BİM fakültəsi nəzdində “Xüsusi İstedadlar” qrupları yaradılmışdır. Bu layihənin əsas məqsədi müasir informasiya və telekommunikasiya texnologiyalarından intensiv istifadə etməklə Amerika və Avropa universitetləri səviyyəsində qabaqcıl təhsil proqramları tətbiq etməkdir. Beləki, yüksək təcrübəli iqtisadçıların hazırlanması üçün tamamilə yeni şərait və imkanlar yaradılmışdır. Harvard universitetinin tədris planı XİQ-in planının əsasını təşkil edir.Tədris planı qabaqcıl və müasir qurulmuşdur. XİQ-də dərs deyən müəllim heyəti əsasən akademiklər, doktorlar, elmlər namizədləri, menecerlər və korporasiya başçılarından ibarətdir. Onların hamısı Amerika və Avropanın tanınmış universitetlərini bitirmiş, ya da orada kurslar bitirərək müəyyən sahələrdə xüsusi sertifikatlar almışlar. Təhsil prosesinin texniki təminatı kimi informasiya texnologiyalarından geniş istifadə edilir. Dərslərin daha da yaxşı mənimsənilməsi üçün öz proqramist və müəllimlərimiz tərəfindən hazırlanmış yeni proqram təminatı tətbiq edilir.